TANINMIŞ BAŞ REDAKTOR EVİNDƏ ÖLÜ TAPILDI! - Prokurorluq yeni bəyanatla çıxış etdi

Bakı şəhər prokurorluğu baş redaktorun ölümü ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb “dəm qazı ilə zəhərlənmə” olub.

Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

***

Hüquqşünas və “Femida” qəzetinin baş redaktoru Eyyub Kərimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Virtualaz.org mərhumun əmisi oğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı olan Bəxtiyar Kərimova istinadən xəbər verir ki, hadisə bundan əvvəl bəzi KİV-lərin bildirdiyi kimi bu gün martın 2-nə keçən gecə deyil, ötən gün - martın 1-də gündüz saatlarında baş verib.

Belə ki, səhər tezdən Eyyub Kərimovun həyat yoldaşı və qızı işə gediblər. O, evdə tək qalıb. Axşam həyat yoldaşı evə qayıdanda onun meyitini hamamda aşkarlayıb. Baş redaktorun günorta saatlarında keçindiyi təxmin edilir. Onun cənazəsi dəfn olunmaq üçün doğulduğu Qax rayonunun İlisu kəndinə yola salınıb.

***

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov ölümü ilə bağlı cinayət işi açılıb.

APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

* * *

Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

635x100

Şərhlər

Roma 2018-03-03 15:55:26

Mən Əyyub müəllimi tanıdığım (qiyabi) təxminən 30 ildə gözəl şair və əsil hüquqşünas kimi dəyərləndirirəm. Elçin adı ilə şərh yazmış, və necə də düzgün ifadə eləmiş: "əqidəli, düzgün sözün düzünü deyən mərd milli ziyalı bir insan idi. Allah qəni-qəni rəhmət eləsin!"

Hacı Hüseyn Nazim 2018-03-03 15:55:26

Təəssüflər... Əyyub müəllimin vaxtsız ölümü insanı sarsıtmaya bilməz. O sözün əsl mənasında dostlarına, yaxınlarına, ümumiyyətlə xalqına qəlbən bağlı adam olmaqla ədalətsiz söz və hərəkətlərə vaxtında reaksiya verənlərdən biri idi. Nə etmək olar, aramızdan vaxtsız getdi. Allah ona qəni-qəni rəhmət eləsin, yeri Cənnət-Məkan olsun.

Elçin 2018-03-03 15:55:26

Çox heyıf, vaxtsız vəfatına üzüldüm. Əqidəli, düzgün sözün düzünü deyən mərd milli ziyalı bir insan idi. Allah qəni-qəni rəhmət eləsin!

babek 2018-03-03 15:55:26

Bu yazigi da bele oldurduler.Isa Gembere de мина замедленного действия veribler,cox cekmez.....

Məhəmməd Qadaşlı 2018-03-03 15:55:26

vəkil Məhəmməd Qadaşlı. Ləyaqətli insan,əqidəli yazar,mükəmməl hüquqşünas Əyyub Kərimovun vaxtsız vəfatı ağır itkidir.Hüquq maarifçiliyi,müstəqil media və analitik araşdırma ilə bağlı dürüst mövqeyini cəsarətlə diqtə edən işıqlı ziyalını cəmiyyət,sağlam düşüncə simvolu kimi qəbul edirdi. Əzmkar el oğlumuz,biz qaxlılar üçün də əlçatan idi.3 dəfə qalibi olduğu seçkinin nəticələrini xəbislər dansada, Əyyub Kərimovu qaxlılar mənən öz deputatı sayırdılar. Allah Əyyuba rəhmət etsin,ailəsinə səbr versin

Mirzə AĞ 2018-03-03 15:55:26

Anar Məmmədxanovun "ölüm" hadisəsinə oxşayır... Allah rəhmət eləsin!

GM 2018-03-03 15:55:26

Bir neçə Nazirin,Generalın qulağı dincələcək.Rəhmətlik yaman yazırdı.``Ağına bozuna`` baxmazdı.Hamıdan Qanunun aliliyinə hörmət göstərməyi,QANUNA əməl etməyi tələb edərdi.

Müfəttiş 2018-03-03 15:55:26

Allah rəhmət etsin, sox sarsıldım. Əyyub müəllim belə tale yaşayası insan deyildi...

t.ədalət 2018-03-03 15:55:26

Ə.Kərimov çox ağıllı bir hüquqşünas və qəzet işçisi idi.Onunla birlikdə "Ədalət" qəzetində işlədiyimiz vaxt onun nə qədər ayıq və ağıllı olduğunun şahidi olmuşam.Bu ölüm hadisəsi kimlərinsə vasitəsi ilə ola bilər.Allah rəhmət eləsin!

Son yazılar