DYP POSTUNA SİLAHLI HÜCUM - Təfərrüat

Bu gün Salyan rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanda DYP postunda silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb. Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi 10 RS 444 “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.

Salyan DYP postunda “saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb. Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.

YPX əməkdaşları Orxan Bağırovun avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər. Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb. Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb.

***

Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin “MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.

Sonra özünə məxsus “Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının “saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.

Orxan Bağırov saxlanılarkən silahlı müqavimət göstərsə də, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarığı sayəsində zərərsizləşdirilərilərək həbs olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

635x100

Şərhlər

KM 2018-03-02 23:22:40

O posta heç nəzarət yoxdur. Bir dəfə polis kapitanı məni həmin Salyan postunda saxlayıb deyir ki, dönərkən dönmə işığını yandırmamısan və 3 yerdə şəklin çəkilib, 160 manat edir.Mənim də cbimdə qəpik də yox idi,guya mənə yaxşılıq edir,götürüb 20 manatlıq durma qaydasını pozma yazdı. Siz təsəvvür edin bu postdakı vəziyyəti. Mənim sadəcə öz doğma millətimə yazığım gəlir ki, belə cibgirlərin, qaniçənlərin zülmü altında yaşayır. İnshAllah Cənab Prezidentimiz belələrinin axırına çıxacaq. Ümidimiz sadəcə onadır.

Fazil.. 2018-03-02 23:22:40

Mən ömrümdə bir dəfə o,yolu qohumumun avtomobili ilə gedirdim irana ordan da Naxçıvana.orda heç bir əsas olmadan bizi saxladılar.Qohumuma nəyiisə deyirdilər..aydındır ki,pul almaq üçün min bəhanə.. Bunu hamı bilir..Bir şey məni gülməyə vadar etdi. Bir maşın da gəldi bunu da serjant saxladı.O biri serjant bundan soruşdu ki,onu niyə saxladın( bu mənə bəlkədə heç fikir vermirdi ya saymamzlıq deyə bilmərəm) cavb verdi ki,hələ bilmirəm bir şey tapıb deyəcəyəm də... Dəhşətdir ey guya bunu yuxar bilmir? nə isə.

G.M 2018-03-02 23:22:40

Görün Bu postda sürücülərə necə divan tuturlarsa..İnsanlar gedib evdən silah götürüb üstlərinə gedir.Zülm ərşə dirənəndə insan qəddar olur,Kütlə,xalq cana doyub ayağa qalxanda Ordu da aciz olur.Bunu bizim bu tupoy məmur və YPX -yə izah etmək lazımdır.

Son yazılar