Xəzərdə nərə ovuna moratoriumun 10 il uzadılması təklif olunur

Xəzər dənizində nərə balıqlarının ovuna moratorium 2027-ci ilə qədər saxlanmalıdır.

Trend-in məlumatına görə, Balıqçılıq üzrə Federal Agentliyinin Vasili Sokolov belə hesab edir.

O qeyd edib: "Biz 2009-cu ildə birtərəfli qaydada qadağa qoyduq. Xəzəryanı ölkələrin dövlət başçılarının sammitindən sonra bu qadağanın hökumət səviyyəsində edilməsi üçün tapşırıqlar verildi".

V.Sokolov xatırladıb ki, ötən il Azərbaycanda keçirilən Xəzəryanı ölkələrin sessiyasında Rusiya dənizdə balıq ovuna 10 illik qadağa qoyulması təklifi ilə çıxış etdi: "Bu təklifi İran istisna olmaqla bütün Xərəryanı dövlətlər dəstəklədi".

O əlavə edib ki, hazırda Xəzərdə brakonyerliklə mübarizə yaxşılaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar