Sabirabadda zəncirvari yol qəzası baş verib

Qezada-sinmish-padpres-180912Sabirabad rayonunda zəncirvari qəza nəticəsində 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Biri “VAZ-2017”, ikisi “Mercedes” markalı avtomobil olmaqla zəncirvari qəza hadisəsi baş verib. Hadisə zamanı İmişli sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Sayad Böyükkişi qızı, 1987-ci il təvəllüdlü Məmmədova Aybəniz Ələsgər qızı, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Eyvaz oğlu və 1990-cı il təvəllüdlü Yusif adlı polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yusif adlı şəxsin vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar