"Konte ingilis futbolunda da iz qoyacaq" - Qvardiola

"Mançester Siti"də hər şey yaxşıdır. Bir neçə xal itirdik, amma "Mançester Yunayted", "Tottenhem" və "Çelsi"nin nəticələri bizə kömək etdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sky Sports"a açıqlamasında "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib. Çempionluq yarışındakı rəqibləri haqda danışan ispan mütəxəssis "Çelsi"nin baş məşqçisi Antonio Kontenin işini yüksək qiymətləndirib:

"Kontenin İngiltərə Premyer Liqası üçün etdiklərini heç də hər kəs başa düşmür. Onun komandası arxa xəttdən 5 oyunçu ilə hücum edir. Bu, "Arsenal" da daxil omaqla, bir çox komandaların uyğunlaşmağa çalışdığı fərqli sistemdir. Konte taktika ustasıdır. O, İtaliya millisi və "Yuventus"da qeyri-adi, təəccüblü işlər gördü. Düşünürəm ki, Antonio ingilis futbolunda da iz qoyacaq. Hətta buna əminəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar