Əfqanıstanda həftə ərzində 302 silahlı zərərsizləşdirilib

Həftə ərzində Əfqanıstanın müxtəlif ərazilərində keçirilən əməliyyatlar zamanı 302 silahlı zərərsizləşdirilib.

"Report" TASS-a istinadəla xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayılıb.

Əfqanıstanın Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar zamanı daha 187 nəfər yaralanıb, daha 28 nəfər əsir götürülüb. Milli Müdafiə Nazirliyi polis bölmələri və digər güc strukturları ilə birlikdə 111 əməliyyat keçirib.

Əməliyyatlar zamanı külli miqdarda silah-sursat, o cümlədən 66 tank əleyhinə mina və partlayıcı qurğu aşkarlayıb.

Güc strukturlarının itkiləri barədə məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar