Ağ Evdə atəş açıldı: ölən var - Tramp haradadır?

Ağ Evdə bir nəfər özünü odlu silahla vuraraq intihar edib. Axar.az xəbər verir ki, bu barədə Ağ Evdə hadisə zamanı olan jurnalist Rebeka Rodrigez şəxsi Tvitter hesabında yazıb.

“İndi birinin vurulduğunu gördüm”,- deyə o qeyd edib.

Hadisə ilə əlaqədar prezident sarayında həyəcan siqnalı verilib. ABŞ Prezidenti Donald Trampın sarayda olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, Ağ Evdə həyəcan siqnalı verilərkən hər kəs olduğu yerdə qalmalı, bütün giriş-çıxışlar müvəqqəti olaraq bağlanmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar