Fransada qar uçqunu baş verib, ölən var

Alp dağlarının Fransaya aid hissəsində iki qar uçqunu baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Yuxarı Savoy departamentində baş verən insident nəticəsində 1 nəfər ölüb, daha 1-i itkin düşüb.

Belə ki, Samoen yaşayış məntəqəsi yaxınlığında iki xizəkçi uçqun altında qalıb. Onlardan biri xilas olub, digəri itkin düşüb. Vallorsində isə 4 nəfər qar uçqunun altında qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu həftə qar uçqunu nəticəsində Alp və Pireney dağlarının Fransaya aid hissəsində 5 nəfər həyatını itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar