BİR AİLƏNİN 6 ÜZVÜ DƏM QAZINDAN BOĞULDU - Zirzəmidə yaşayırdılar (YENİLƏNİB)

Respublikası Baş Prokurorluğu Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

* * *

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məlumata görə, ailə Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən binanın zirzəmisində yaşayırmış.

635x100

Şərhlər

X sə 2018-03-05 11:54:18

Bu faciədir yaltaqlıq yeri deyil.Allah rəhmət eləsdin

R-n 2018-03-05 11:54:18

Itlere,pishiklere ev tikdirenler bu zirzemideki zavallilari gormurler?.

ayzek 2018-03-05 11:54:18

qanuna görə zirzəmiyə qaz verilməsi qadağandır.qazın qırmızı yanması da ona həddən artıq hava vurulmasına görədir.dəm qazı buna görə yaranır.

X 2018-03-05 11:54:18

Allah rəhmət eləsin, ürəyim ağrıdı.Azərbaycanın əsil reallığı budur və kaşki siyasi hakimiyyətimiz dəyişilməsin, yoxsa belə hadisələrin qarşısını almaq mümkün olmayacaq.Səbr etmək lazımdır seçkilərdən sonra hər şey düzələr.

G.M 2018-03-05 11:54:18

Qaz və ``İşıq`` İdarələrinin rəhbərlərinə də nə vaxtsa Cinayət məcəlləsinin uyğun maddələriylə istintaq işləri başlanacaq.Bu ....`` yüzlərcə günahsız ailələri bədbəxt ediblər və davamı da gəlir.

t.ədalət 2018-03-05 11:54:18

Səhlənkarlıqdan əlavə mənzillərə verilən qaz təmizlənmir.Bakıda da evlərə gələn qaz yanarkən qırmızı rəng alır.Şikayətə də baxılmır.Özlərini "burda mənəm,Bağdadda kor xəlifə" kimi aparan qaz rəhbərləri heç kimdən çəkinmir.Son vaxtlarda baş verən ölüm hadisələri mənzillərə verilən qazın normadan artıq zəhərli olmasıdır.Dövlət əhaliyə qarşı özbaşınalıq edənləri cəzalandırmalıdır.Yoxsa ölüm halları kütləviləşə bilər.

x 2018-03-05 11:54:18

Gozum goren cirkinliye temiz deye bilmerem kimsenin X isaresiyle yaltaxligi onun öz ..............

Son yazılar