ELDAR MAHMUDOV VƏZİFƏYƏ QAYIDIR? - Sabiq nazir “çete”sini həbsdən qurtarır

Sabiq nazirin  əlindəki kompromatlarla "çetesinə" daxil olanların cəzalarının minimuma endirilməsinə nail olduğu bildirilir

Vüsal Ələkbərovun təhdid xarakterli açıqlamaları onun cəzasının 12 ildən 5 ilə endirilməsinə səbəb olub...

Milli Təhlükəsizlik Nazirliyini şəxsi cəza aparatına çevirmiş Eldar Mahmudov bu vəzifədən azad ediləndən və “MTN çetesi”nə qarşı məlum əməliyyatlar başlayandan sonra ölkədə xeyli insan rahat nəfəs almağa başlamışdı. Bunadək isə bəzi nazirlər, komitə sədrləri, icra başçıları, iş adamları, hüquq-mühafizə orqanlarında vəzifə tutanlar, yolu bircə dəfə Eldar Mahmudovun rəhbərlik etdiyi nazirliyə düşənlər daim qorxu altında olublar. 2015-ci ilin oktyabrında MTN-dəki qəfil əməliyyat, daha sonra adıçəkilən nazirliyin ümumiyyətlə ləğvi vəziyyəti dəyişdi, cəmiyyətdə, əsasən də qorxu altında yaşayanlarda ümid yarandı.

MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 20-dən çox MTN-çi həbs olunub, 57 nəfər zərərçəkən müəyyən edilib. Amma sonrakı dönəmdə “MTN çetesi”ndən zərər çəkənlərin ümidləri də tam doğrulmadı...

Ötən 30 ay ərzində zərərçəkənlərdən hər hansı birinin iş üzrə aparılan istintaq və məhkəmədən razılıq etdiyini eşidən olmayıb. Zərərçəkənlərə dəymiş ziyanı da ödəyən olmayıb. Eldar Mahmudov, onun müavini olmuş Hilal Əsədov, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev azadlıqdadırlar, “MTN işi” üzrə istintaqa çağırılsalar da, faktiki statusları bilinmir. İstintaqa təqsirləndirilən şəxs və ya şahid qismində çağırıldıqları belə sirr kimi ictimaiyyətdən gizli saxlanılır. Artıq “MTN işi” ilə bağlı inandırıcı olmayan proqnozlar da doğurulmaqdadır.

Hələ iş üzrə istintaq yenicə başlayan günlərdə belə fikirlər dolaşırdı ki, bir müddət sonra həbs edilən MTN-çilər azad ediləcək. Hətta bu iddia da vardı ki, Eldar Mahmudovun özünə yeni vəzifə də verilə bilər. Qeyd edilirdi ki, Eldar Mahmudovu himayə edən güclər buna nail olmağa çalışacaq.

Hələlik bu planın ilkin mərhələsinə şahidlik edirik.  Ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzası 12 ildən birdən-birə 5 ilə endirilib. Azərbaycan məhkəmələrində ötən illər ərzində belə bir qərar olmayıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev hesab edib ki, Vüsal Ələkbərova qarşı birinci instansiya məhkəməsində olduqca sərt cəza verilib.

Hakim Vüsal Ələkbərov barədə belə bir yumşaq qərar verərkən nə düşünüb?

Ola bilsin ki, Qədim Babayev tərəzinin bir gözünə Vüsal Ələkbərovun əməllərini yığıb. Tərəzinin əks tərəfi cəmi 6 sahibkardan 5 milyondan bir qədər artıq rüşvət alma əməlinin ağırlığı altında yerə dəyib.

Bəlkə o düşünüb ki, Eldar Mahmudov, Hilal Əsədov, elə Vüsal Ələkbərovun birbaşa rəhbəri, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev azadlıqda gəzdiyi bir vaxtda Vüsal Ələkbərov niyə 12 il həbsdə qalmalıdır? 5 sahibkarın 5 milyonunu alıbsa, hər var-yoxdan çıxarılan 1 milyona görə 1 il kifayət deyil?

Fakt odur ki, türmə qapıları törətdikləri cinayətlərin ağırlığına baxmayaraq “mahmudovçu”ların üzünə açılmış kimi görünməkdədir.

İstintaq Vüsal Ələkbərovun sahibkarlar Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min dollar, Müsənnif Salahovdan isə 600 min manat məbləğində rüşvət almasını rəsmən sübut edib. Vüsal Ələkbərov isə azadlığın 1 addımlığındadır. Onu yaxın zamanlarda səssiz-səmirsiz, sakitcə azad edəcəklər. Əfvə də sala bilərlər, amnistiyaya da düşə bilər. Səbəbi də çox sadədir. Onun mənsub olduğu çete ayaqdadır, zəif durumdan çıxıb. Vüsal Ələkbərov isə həbsə düşəndən sonra məhkəmələrində təmsil olunduğu çetenin rəhbərliyinə açıq tektslə mesajlar yollayırdı.

Məsələn, ötən ilin sonlarında Bakı Hərbi Məhkəməsində  Vüsal Ələkbərova prosesdə son söz deməsi təklif olunmuşdu. O da hakimə demişdi ki, son söz demək üçün ona 2 həftə vaxt lazımdır. Fikrini də belə əsaslandırmışdı.

Sitat: Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Aydın idi ki, Vüsal Ələkbərov Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutur. Mətbuatı onlar da izləyirlər və Vüsal Ələkbərovun çıxışlarından özləri üçün nəticə çıxarıblar. Vüsal Ələkbərov ağzını açıb gözünü yumsa idi, ortaya xeyli kompromat çıxa bilərdi. Elə nüansları ortaya qoyardı ki, mənsub olduğu çete içəridən çox möhkəm çalxalanardı. Görünən odur ki, məhkəmədən düşünmək üçün istədiyi 2 həftə vaxt ona da, keçmiş rəhbərlərinə də kifayət edib.  Odur ki, Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi elə də təəccüblü deyil.

Kompromatlarla ayaqda qala bilən Eldar Mahmudov işçisinin əlində ona qarşı nələrin olduğunu da təxmin edə bilib. “MTN işi”nin ilk günlərində aydın olmuşdu ki, Eldar Mahmudovun çetesi ölkə rəhbərliyində, mühüm vəzifələrdə olan şəxsləri, onların yaxlınlarını öz məqsədləri üçün dinləyiblər. Bu dinləmə zamanı əldə etdikləri məlumatları kompromat kimi saxladıqları haqda dəqiq bilgi yoxdur. Ancaq ilk günlər MTN rəhbərliyində aparılan həbslərin davamının olmamasını, bu qədər ağır, dövləti cinayət faktları aşkarlandığı halda cəmi 21 nəfərin həbsə alınmasını bu materiallarla bağlayanlar da var. Elə Eldar Mahmudovun özünün həbs olunmaması, ev dustağına çevrilməsi də bu faktorla izah edilir.

Məsələn, deputat Zahid Oruc açıqlamalarından birində buna açıq işarə vurub: “Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaqla məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq. Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanmaması üçün belə bir yol seçilib...”

Özünü sığortalamaq, uzunmüddətli həbslərdən qorunmaq üçün belə materialların yalnız Mahmudovda deyil, MTN-nin sabiq rəhbərliyində təmsil olunan, məlum çeteyə üzv bir çox şəxsdə olduğu da istisna edilmir. 

“MTN işi”nin qızğın çağlarında “Azpolitika.info”nun elektron poçtuna “MTN-in serverindən oğurlanmış 250 gb informasiyanın içindən” qeydi ilə səs yazıları göndərilmişdi. Həmin səs yazılarında, ölkənin bir sıra tanınmış şəxsləri, iri məmur və nazirlərinin ünvanına çox ağır ifadələr, söyüşlər işlədildiyi bildirlirdi. Bununla keçmiş MTN rəhbərliyində təmsil olunan şəxslər əllərində hər kəs barədə kompromat olduğunu nümayiş etdirirdilər. Təsadüfi deyil ki, Eldar Mahmudova xərac verən məmurların bir çoxu bu faktları danmaq yolunu tutublar. Onlar Eldar Mahmudov və dəstəsindən bu gün də ehtiyat edirlər. Bunun üçün ciddi səbəbləri də var. Bilirlər ki, Eldar Mahmudovda onlar barəsində kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Eldar Mahmudovun həbsdə olmamasının da, onun çetesinə daxil olanların cəzalarının minimuma endirilməsinin səbəbi də bununla əlaqələndirilir.(musavat.com)

 

635x100

Şərhlər

Mirsahib Hasanov 2018-03-05 11:59:13

Vüsal Hiçran oqlu Ələkbərov əslən ermənistandan olan qarışıq azərbayçanlıdır.Mənim oqlumu həbs edib azad etmək ücün imkansız olduqumuzu bilib hec olmasa 15 min dollar ver.Lakin mənim hec min dollar vermək imkanım yox idi.Pul verə bilmədim Oqluma dövlətə xəyanət maddasi 13 il sifarişli həbs verdirdi.Allah ona lənət etsin.Zərər cəkmiş kimi Baş prokorora müraciyyət etdim Lakin məni oqlumu istintaqa dəvət etmədilər.Allah sizin cəzanızı versin.Oqlumun işində kimin əli var Allah onun evini daqtsın.Bişərəf Vüsal.

Abit 2018-03-05 11:59:13

Hamısı cehennem,men bu adama göre düzde qalan esl çekist dostlarımın halına yanıram,hara gedirler işe girmek üçün MTN adı gelende hamı onlardan imtina edir.İndi bu dövlete sual verirem neydi o şerefli çekistlerin günahı?

emin 2018-03-05 11:59:13

yeyin icin ELDAR MAHMUDOVGA qurban olun..

oxucu 2018-03-05 11:59:13

nə bilim vallah

naxçıvanlı 2018-03-05 11:59:13

4. Eldar Salayev Hacıbalanı aylarla Leninqrada ezamiyyətə göndərdi. O, burada erməni Vahan Subaşiyevin köməyi ilə doktorluq dissertasiyası yazdı, Bakıda müdafiə elədi. Eldar Salayevin köməyi ilə labaratoriya müdiri oldu. Eldar Salayev işdən çıxan kimi Hacıbalanın ondan üzü döndü.Hacıbalanın üzüdönüklüklərini sadalamaqla qurtarmaz. Belə bir adamı sədaqətli hesab edib vəzifədə saxlayanlar, bilməlidirlər ki, Hacıbala, onlar üçün, Eldar deyil! Eldarla bacarmayanlar, Hacıbalaya yaxın düşə bilməzlər!

Famil 2018-03-05 11:59:13

Deməli deyilən şayiələr gəzən miyardları o yeməyib və özünü müdafiə etməyi bacarıb......

Cabir 2018-03-05 11:59:13

Onları tuta bilmirmirlər. Niyə..............................

Abit 2018-03-05 11:59:13

Halal olsun kişiye yaraşır

t.ədalət 2018-03-05 11:59:13

Deputat Z.Orucun çıxışında MTN-şiklərin özünü qorumaq üçün"Hardasa gizlədilmiş şifrələr olduğunu" -deməsi, təəssüfki birbaşa hakimiyyətin də suçlu olduğuna bir işarədir.Bu çıxışın iki tərəfi də ola bilər:Ya, Z.Oruc keçmiş MTN-şiklərin müdafiəsi üçün istintaqı geri çəkilməyə məcbur edən belə açıqlamalar ortaya atır,ya da ki özünün də bu təşkilatla bir bağlılığı olduğunu bilmədən gündəmə gətirir..

G.M 2018-03-05 11:59:13

Desələr ki,E.Mahmudov Arelin əvvəlindən Prezidentliyə namizədliyini verəcək...ona da inanaram.Baş Nazir ,filan olmasını demirəm hələ..

naxçıvanlı 2018-03-05 11:59:13

3.Akademik Həsən Abdullayev, Akademiya prezidentliyindən çıxan kimi, Hacıbalanın sifəti döndü. İnstitut seminarlarında H.Abdullayevə cavablar qaytarmağa başladı. Bir dəfə H.Abdullayev seminarda camaatın içərisində ona dedi ki, "kabinetdə ayaqqabımı silirsən, burada mənim üzümə bozarırsan?" "Sədaqətli" Hacıbala sonra Akademiyanın yeni prezidenti Eldar Salayevə yollar tapıb onun sədaqətlisinə çevrildi. Eldar Salayevlə Həsən Abdullayevin o vaxtlar gərgin olan münasibətlərini o, daha da gərginləşdirdi.

naxçıvanlı 2018-03-05 11:59:13

2. Əmisi akademik Müzəffər Abutalıbov, Fizika İnstitutunun direktoru akademik Həsən Abdullayevdən xahiş edəndən sonra, onu Leninqrada aspiranturaya göndəriblər. Aspirantura müddətində işini başa çatdıra bilmədiyindən, əmisi yenidən H.Abdullayevdən onun iki il Leninqrada göndərilməsini xahiş edib. İki ildən sonra da, əmisi Həsən Abdullayevdən onun Bakıda müdafiəsini təşkil etməyi xahiş edib. Müdafiə edəndən sonra, əmisinin xahişi ilə H.Abdullayev onu qıssa müddətdə baş elmi işçi təyin edib.

naxçıvanlı 2018-03-05 11:59:13

1. Heydər Əliyevin ən yaxın silahdaşlarından biri hesab edilən, DİN naziri R.Usubovun bu nazirlikdən qovduğu şəxsi, özlərinə ən sədaqətli adam elan edib, MTN naziri qoyanda bu adamın keçmişi ilə niyə maraqlanmırdılar? Bu adamı hansı əsaslarla sədaqətli hesab edirdilər? Eldar Mahmudov "sədaqətsiz" elan ediləndən sonra, ən sədaqətli məmur Hacıbala Abutalıbov hesab edilir. Hansı əsaslarla? Hacıbala Universitetdə aşağı səviyyəli tələbə olduğu üçün, Ordubada müəllimliyə göndərilib.

R-n 2018-03-05 11:59:13

Mahmudovun ... .... Ona gore de ati berk gedir,lap bash nazir de ola biler.Bunlara ne var ki,Olu adam,milleti girdiran bash nazir ola bilir,buna ne olub.Bir nece milyard pul ogurlayib da....

KENGERLI..... 2018-03-05 11:59:13

Gorun bu olke ne gundedirki Azerbaycan vetendashlarina zulm eden dushmencilik eden ve XALQ ... E.MAHMUDEOVDAN qorxurlar.HUquq muhafize orqanlari bele ...hec ne ede bilmirler.Bele olan halda butun AZERB vetendashlari hakimiyyete qarshi tam umudsuz qalir bashqa sozle hakimyyete inanmir.BELE olanda DOVLET oz imicini itirir...MILLETtedbir gorulmesini TELEB edir....

Son yazılar