“Problemlər daha mənlik deyil” - Tağı Əhmədov

Son bir neçə aydır ki, “Bakı Metropoliteni”nin işində axsamalar müşahidə edilir. Gah qatarların hərəkət qrafiki pozulur, gah qatar yolunda texniki nasazlıq baş verir. Xüsusilə səhər saatlarında baş verməkdə olan nasazlıqlar sərnişinlərin əsəblərini tarıma çəkib.

Sosial şəbəkələrdəki müzakirələrdə əksəriyyət problemlərin yaranmasına səbəb kimi metropoliten rəhbərliyində baş vermiş dəyişikliyi əsas gətirərək, qurumun keçmiş rəisi Tağı Əhmədovun atasına rəhmət də oxuyur.

Elə bu gün səhər saatlarında “Nərimanov” stansiyasında qeydə alınan texniki nasazlıq zamanı olduğu kimi...

Tağı Əhmədovun atasına rəhmət oxunmasının digər səbəbi də “Bakı Metropoliteni”n hazırki rəisi Zaur Hüseynovun mətbuata qapalı olmasıyla bağlıdır. Jurnalistlərdən gizlənən Zaur Hüseynovdan sonuncu dəfə hansı media nümayəndəsinin açıqlama aldığını heç kim xatırlamır. Tağı Əhmədov isə jurnalistlərlə kobud davransa da, tez-tez media qarşısına çıxır, suallara cavab verməkdən, problemlərə özünməxsus tərzdə aydınlıq gətirməkdən çəkinmirdi.

Modern.az saytı son vaxtlar metropolitenin fəaliyyətində yaranmış problemlərlə bağlı 1998-2014-cü illərdə qurumun rəisi olmuş T.Əhmədova müraciət edib.

T.Əhmədov ona ünvanladığımız suallara cavab vermək istəməyib. O, “problemlər daha mənlik deyil. Problemlərə mən cavabdeh deyiləm” deyərək, şərh vermək istəməyib.

Qeyd edək ki, Tağı Əhmədov hazırda YAP-ın Yasamal rayon təşkilatının sədridir.

635x100

Şərhlər

METROCU 2018-03-05 13:28:30

Ə BİR- BİR...

surxay 2018-03-05 13:28:30

Elə eyni sözləri indiki Nəqliyyat-Rabitə Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə haqqında hətta misliylə demək olar.Belə ki,Ramin Quluzadə də sabiq nazir Əli Abbasovdan fərqli olaraq mətbuat və ictimaiyyətlə nazirlik arasında dəmir bir pərdə yaradıb.Peşəkarlıqla bağlı isə heç danışmağına belə dəyməz.Sadəcə işi bilənə tapşırmaq lazımdır,bu qədər bəsit,kimin nəyi,kimsənəsi olmasından asılı olmayaraq...

t.ədalət 2018-03-05 13:28:30

Bakı metropoliteni çoxdan Azərbaycan DY-nun tərkibinə verilməliydi.Müstəqil qaldıqca bataqlığa sürüklənir..

hellas 2018-03-05 13:28:30

"O yeyib doyub (Tağı), bu da yeyib doymaq itəyir də". Milləti fikirləşən kimdir ki. Millət necə tarac olur-olsun nə işim var düşmənlərə möhtac olyr-olsun nə işim var.(M.Ə.Sabir, Allah ona rəhmət etsin)......

Son yazılar