"Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra..." - Elmar Məmmədyarov

"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

E. Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

635x100

Şərhlər

keçici qırmızı bayraqlar 2018-03-05 14:44:30

Köhnələr doqquzu dörd etdilər, təzələr gəlib doxsan üç edəcək.

Son yazılar