MİRŞAHİN "REAL"la QAYIDIR - Lisenziya verildi

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real" TV) baş direktoru Mirşahin Ağayevdir.Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.

635x100

Şərhlər

ANS-in tamaşaçısı 2018-03-05 17:18:36

Mən orda Aytəkin Alxaslını görə biləcəmmi görəsən? sənətinə və şəxsiyyətinə hörmət elədiyim adam.

sakit-Ə CAVAB: 2018-03-05 17:18:36

YƏNİ QƏHRƏMAN AZIYDI...

sakit 2018-03-05 17:18:36

....az idi biri də gəldi.

Son yazılar