Omanın bu aviaşirkəti Azərbaycana reyslər açmaq istəyir

 

Omanın "SalamAir" büdcə aviaşirkəti Azərbaycanı öz uçuş istiqamətləri siyahısına daxil etmək istəyir.

Trend-in məlumatına görə, daşıyıcı fevralın 28-dən İranın Şiraz şəhərinə reys istifadəyə verib, gələcəkdə isə Azərbaycan, Gürcüstan, Banqladeş və digər ölkələr istiqamətində uçuş coğrafiyasını genişləndirməyi planlaşdırır.

"SalamAir" İranın Tehran və Məşhəd şəhərlərinə də yeni reyslər açmağı nəzərdə tutur.

2016-cı ildə yaradılan aviaşirkət hazırda 9 istiqamətdə reyslər həyata keçirir. Donanması "Airbus A320-200" təyyarələrindən ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar