Belçikada antiterror təhqiqatı keçirilib - Saxlanılanlar var

Belçikada antiterror təhqiqatı keçirilib."Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Molenbeek rayonunda, həmçinin Qerardsberqen və Mehelen şəhərlərində keçirilən təhqiqat zamanı 8 nəfər saxlanılıb.

Federal Prokurorluğun dəftərxanasından bildirilib ki, saxlanılanlarda hər hansı silah və ya partlayıcı maddə aşkarlanmayıb.

Prokurorlar təhqiqatın təfərrüatı barədə heç nə deməyiblər. Lakin bildirilib ki, iş 2015-ci ilin noyabrında Parisdə silahlı belçikalılar və fransızların iştirakı ilə edilmiş hücumla, yaxud martın 22-də Brüsseldə törədilmiş terror aktı ilə bağlı deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar