NARKOLOJİ MƏRKƏZDƏ YANĞIN QƏSDƏN TÖRƏDİLİB! - Xəstələrdən biri həbs olunub! (RƏSMİ)

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.

Məlumatda deyilir: "Xəbər verilidiyi kimi, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş vermişdir. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilmiş, zəruri ekspertizalar təyin edilmişdir.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulmuşdur. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirmişdir.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərmişdir.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənmişdir.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunmuşdur.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticələri barədə əlavə məlumat veriləcək".

635x100

Şərhlər

seymur 2018-03-06 12:17:28

Allah bunu neca qoturur sahiyyada ozbashnaliqa bax

R-n 2018-03-06 12:17:28

Allah bilir hansi muxalifetcinin evini yixib boynuna goyacaglar.Bele hallarda butun hokumet istefa vermeliydi.En azindan sehiyye naziri,sehiyyeye cavabdeh shexslar hebs olunmali idiler.Butun dunya ictimaiyyeti bashsagligi verir,derde sherik olduglarini bildirirler,birce hakimiyyetin vecine deyil,sanki "derd var ki,sherik de olasiniz",deyirler.

oxucu 2018-03-06 12:17:28

Dəliyə maddə yoxdur.

t.edalete 2018-03-06 12:17:28

Bir memleketde qazinin emri ile bir cinayetkari asmaq lazim imiw,terslikden teqsirkarin boyunu bawindan yogun imiw,kendir her defe boynundan suruwub cixirmiw,rituali izleyen qazi esebilewib esabelerine deyir ki, nooldu qurtarinda!Esabeler qazi muellime qorxa-qorxa izzah eleyirler ki,by ekenin boyunu bawindan yogundu,kendir durmur boyununda.Qazi muellimde deyirki, ale bir boyunu bogazindan nazik olan adam tapin kecirin kendiri asin getsin,vessalam,wuttamam.Indi olum orasi o qazinin memleketi.

Mirsahib Hasanov 2018-03-06 12:17:28

Əvvala Başdan xarab olanları müaliçəyə qəbul ediblər.Hesab edirəm ki palatada aqılı adam olmayıb.Orada hans xəstənin ifadə verməsi qanuna ziddir.Cünki dəlidən nə istəsən hə deyər.Deyirlər ki xəstəxana tam yanıb.Bu yanqından sonra kameralar necə olub ki yanmayıb bütün yanqını muşahidə etmək olub?.Vallah sizi bilmirəm mən baş aca bilmirəm.Pisixi çəhətdən aqılı olmayan insandan neçə ifadə almaq olar?.Mən biləni pisixdən ifadə alan adamın özünü həkimə göstərmək lazımdır.

Abit 2018-03-06 12:17:28

Sehiyye naziri de bele getdi

Müfəttiş 2018-03-06 12:17:28

Mitinqqabağı müxalifəti də bu işə soxmaq pis olmazdı....

İlqarın dostu. 2018-03-06 12:17:28

Qaldı ki,bütün bu cinayətkarlara layiqli cəzalar verilsin.özü də ki,Ömürlük.

G.M 2018-03-06 12:17:28

Adam bu ``aperativ`` istintaqa söz tapmır ki,desin.Zərgər dəqiqliyi ilə cinayətkar ifşa olundu.Çox güman ki,Məmmədə bu işdə 25 nəfər də yaxından köməklik göstəriblər.Və əməllərinin üstünü ört-basdır eləmək,cinayətdən yayınmaq üçün yanaraq tanınmaz hala düşüblər.Ancaq kriminalistlərimiz az bir müddətdə hamısının kimliyini sübut ediblər.......

t.ədalət 2018-03-06 12:17:28

Deyək ki,Məmməd yanğın törətdi.Bəs,xəstəxananın nəzarətçisi harda idi?Yanğın təhlükəsizliyi sistemi niyə işləməyib?İstintaq,əsasən bunları araşdırmalıdır. Xəstələrdən birini tutub "suç keçisi" eləməklə komissiyanın işini bitirmək vəziyyəti yüngülləşdirə bilməz..

X 2018-03-06 12:17:28

Psixidispanserdə müalicə alan xəstələrin psixoloji vəziyyətindən azca da xəbəri olan hər kəs bilir ki,narkomana narkotiki, alkoqolikə çekuşka araq butılkasını göstərib onlardan ABŞ-dakı goydəlinin partladılması, Bakı şəhərində binanın üzlüklərinə od vurulması barədə müfəssəl izahatlar almaq mümkündür və bir müddət onları lomkada saxlayıb həmin maddələri onlara göstərməklə onları məhkəmədə də bül-bülə çevirə bilərlər və güc strukturları bilə əməliyyat tədbirlərindən həmişə bəhrələniblər.Məsələ aydındır.

Bashirov Qarib 2018-03-06 12:17:28

Verilən bəyanatda qeyd edildiyi kimi , yaxşı ki, möhtərəm prezidentimiz öz tapşırıgını verib və operativ olaraq qəddar cani yaxalanıb.

Son yazılar