RAMİZ MEHDİYEVİN QUDASI İŞDƏN ÇIXARILIB! - Yaş senzinə görə, amma...

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi ilə əlaqədar bu yaxınlarda işdən azad olunanlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qudası (Oğlu Timur Mehdiyevin qayınatası-red.) da olub. "AzPolitika.info"ya verilən məlumata görə, Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun yaş senzinə görə işdən azad olunduğu bildirilsə də, PA rəhbəri bu qərardan narazılığını gizlətməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin strukturunda dəyişiklik və ixtisarlar nəticəsində İ.Sadıqovla birlikdə daha 8 şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onların bəziləri yaş senzinə görə işdən çıxarılıb, bəzilərinin isə rəhbərlik etdiyi şöbələr ləğv olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.

Dəyişikliklər prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanı əsasında aparılıb. Həmin fərmanda qeyd olunurdu ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedib.

Nazirlər Kabinetinin mətbuat xidməti işdən azad edilən şəxslərin kimliyini açıqlamasa da, onların adı sonradan mətbuata məlum olmuşdu. Vəzifədən çıxarılanlar aşağıdakı şəxslər idi:

Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov

Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov

Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov

Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə

Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov

Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:

MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)

Məxfi Şöbə (Müdir Kamil Katibli)

Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)

Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə)

Qeyd edək ki, İsmayıl Sadıqov həm də Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü olub.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

demion 2018-03-07 13:13:45

saq ali pensioner nazirlarin bashina

vetendaş 2018-03-07 13:13:45

Biz yetimlərə də imkan versinlər yaşamağa.20 faiz məmurlar 80 faiz əhalinin payını malını torpağını pulunu işini mənimsəyib. Yad kimsəsiz krışasızLAR bu ölkədə insan kimi yaşamağı mümkün deyil. Ərzaq da bunların əlindədir.Əhali intihar edir,özünü yandırır, körpüdən atır,özünü asır,cinayət edir.Çünki bunlar yeyir dağıdır ölkəni Milli sərvəti,kasıbların axırıncı loxmasını da korrupsiya və başqa yollarla alırlar.Bu qədər milləti atmaq olmaz axı.İnsanda az da olsa vicdan olar. ALLAH GÖTÜRMƏZ.

Vətəndaş 2018-03-07 13:13:45

Bu məmurlar ölkəni özəlləşdiriblər. Vəzifə bunların,iş,pul,biznes bunların və bunların yaxınlarının. .... Milyardları da bu qruplaşmalar atıblar,büdjeti də bunlar bölüşdürüb yeyirlər. Böyük bank Kreditləri də bunlara verilir və atırlar yatırırlar xarici ölkələrə. Şəhərdə bütün obyeklər də bunlarındır. Pod obyekt torpaqlar ancaq məmur və deputatlara verilir. Hət şey bunlarındır. Mən bir vətəndaş kimi istəyirəm PREZİDENTİMİZ mən yazdıqlartımı oxusun. ...

RAFİQ 2018-03-07 13:13:45

Hər şeyin zamana ehtiyacı var.

Akif 2018-03-07 13:13:45

Hörmətli oxucular məqalə hər birimizi ciddi düşündürməlidir .... Bu məmurlar da bu hakimiyyətdə yüksək vəzifələrindən şəxsi maraqları üçün istifadə edirlər və gələcək nəsilləri üçün öz kürsülərini saxlamaq niyyətindədirlər...

naxçıvanlı-YA CAVAB 2018-03-07 13:13:45

ALA SEN DAHIMIŞSƏN EEE.....

Veteran 2018-03-07 13:13:45

Hec o yawda muwaviri de iwden cixardarlar? Budurmu boyuklere hormet?

işsiz cavan 2018-03-07 13:13:45

Əşşi yenə Ramiz Mehdiyevinxoş görkəmi var.O yaziq Artur Rəsizadənin gözləri də ziğ basıb yazıq bir görkəmi var.Niyə incidirsiz bu qoca kişini qoy gedib istirahət eləsin.qalan həyatını sakit tərzdə keçirsin.İndi onun sutkada 12 saat yatan vaxtıdır.

naxcivanliya 2018-03-07 13:13:45

...hmm

naxçıvanlı 2018-03-07 13:13:45

Akademik Ramiz Mehdiyev əvəzolunmaz bir şəxsiyyətdir! O, milli lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuş, dövlət quruculuğu nəzəriyyəsinin işlənilib-hazırlanmasına çox böyük əmək sərf etmişdir. Məqalədə yazılanlar həqiqətə uyğun deyil. Ona görə ki, uzun müddət işsiz qalan doğma oğluna görə heç kimə ağız açmayan bu dahi şəxsiyyət, qudasının işdən azad olmağına görə etiazını bildirməsi, inandırıcı deyil.

Abit 2018-03-07 13:13:45

Allah Mehriban xanıma can sağlığı versin,

Pensiyaner 2018-03-07 13:13:45

Bes bunun ezu nevaxt gedecek

Akif 2018-03-07 13:13:45

Hakimiyyətin rəhbərliyində 80 yaşından yuxarı şəxslərin işləməsi və istefaya getməmək niyyəti təəccüblü deyil.Bu hakimiyyət kadr siyasətini qohumbazlıq, yerlibazlıq və şəxsi sədaqət prinsi əsasında həyata keçirir.Məqsəd isə aydındır ki, hakimiyyətin əldə saxlamaqdır. Tibb elmi sübut edir ki,75 yaşından sonra insanın faydalı əmək kəmiyyəti yararsızlaşır.Yaxşı olar ki,Artur Rəsizadə,Ramiz Mehdiyev və digər yaşlı məmurlar kpnüllü istefaya gedib gənclərə yol açsınlar.Amma onlar etməzlər

İşsiz 2018-03-07 13:13:45

bunlari 150 yaşına kimi işdə saxlamaq lazımdır....

asim 2018-03-07 13:13:45

Başa dşmək olmur ki, bunlar neçə il bu kreslonu qamarlayıb durmalıdırlar?

Filosof 2018-03-07 13:13:45

Muwavir lap cavan gedib ki...

seymur 2018-03-07 13:13:45

Hami baxib natica cixartmalidi bas nazirlar

R-n 2018-03-07 13:13:45

Teklif edirem bele "deyerli kadrlari"incitmeyek,kabinetlerini daimi yashayish yerine cevirek,ailelerini de ora kocurek.24 saatlig tecili yardim,hetta gebirleri de orda olsun.Esebden gulurem.... ne veribler bu millete ki,ala bilmirler?

cəngərlik sakini 2018-03-07 13:13:45

85 yaşşşşş.A kişi bu görəsən şalvarını yuxarı çəkə bilir??????????????????

Münasib Kolxozdarov 2018-03-07 13:13:45

Əlbəttə, faktiki və ya rəsmi .... İlk şirinlik ardıcıl-şəbəkə münasibətlərinə və dövlətdən (Azərbaycan kimi onlara və xaricə) axan korrupsiyaya çevrilir. ABŞ prezidenti seçilmiş C.Buş öz fabriklərini ailədən kənar idarəçiliyə vermək üçün bir aydan çox vaxt sərf etmişdi.

Abit 2018-03-07 13:13:45

Heç ne olası deyil

O DÜNYADA QAYIB ALANLAR, 2018-03-07 13:13:45

HEÇ OMASA BU DÜNYADA İMKAN VERSİNLƏR AZƏRBAYCAN GƏNCLƏRİNƏ!

oxucu 2018-03-07 13:13:45

Rehmetlik shair Mirza Alekber Sabir bu tipli adamlar barede chox duzgun yazib : " MILLET NECE TARAC OLUR, NE ISHIM VAR..., DUSHMENLERE MOHTAC OLUR, NE ISHIM VAR..." " ƏT MENIM, YAQ MENIM, BAL MENIM, DASHDAN YUMUSHAQ - ZEHIRMAR YEYERSEN, AY KASIB !" " VER !!! - YEYIM !!!, ORT, YATIM, GOZLE, CANIM CHIXMASIN !!!" " DINI - IMANIM MENIM, AY PUL !!!

naxçıvanlı-YA CAVAB: bu dahi şəxsiyyət... 2018-03-07 13:13:45

Ə bə QARDAAAŞŞŞ... Ə BƏ DAHİ ŞƏXSİYYƏT VAR HAA, BİLDİN HIIY... YOXSA Kİ... GÖZÜNÜ QIY AĞZINI AÇ VƏ AĞZINA GƏLƏNİ DANIŞ... Ə BƏ SƏN DEYƏSƏN CƏLİL MƏMMƏDQULUZADƏNİ OXUMAMAMISAN HIIY! DE DA BE... ONDA ELƏ SƏN ÖZÜNG BRYAMOY DAHİ ŞƏXSİYYƏTSƏN DƏ DABƏ ...

cəngərlik sakini-nə 2018-03-07 13:13:45

Qardaş mən sizin təcübünüzü başa düşmədim.Baş nazir A.Rəsizadənin guya neçə yaşı var? Məlumat üçün deyim ki, baş nazir 84 yaşın içindədir (26.02.1935 təvəlüd). İndi deyirsən 84 yaşlı b.nazirin müşaviri 25 yaşında olmalıdır. Məncə 84 yaşında b.nazirin 85 yaşında müşavirinin olması təbidir....

Son yazılar