“BÜTÜN UĞURLARI BİR NƏFƏRİN ADI İLƏ BAĞLAMAQ DÜZGÜN OLMAZDI...” - Abel Məhərrəmova verilməyən "tərs sual"

"Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir"

"Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir".

"AzPolitika.info"nun məlumatına görə, bunları Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov "AzEDU" saytına müsahibəsində "Bu il Azərbaycan Cümhuriyyətinin də 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılmasıyla bağlı yayılan fikirlərə münasibətiniz necədir?" sualını cavablandırarkən deyib.

Rektor BDU-ya onun yaradıcısının - Məhəmməd Əmin Rəsilzadənin adının qaytarılmasının əleyhinə olmasını daha sonra belə əsaslandırmağa çalışıb: "İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, biz də də buna uyğun qərar qəbul edilib. Bir məsələni də nəzərə almaq lazımdır ki, ad məsələsi hər şey demək deyil. Əgər, övlad dünyaya gəlirsə, ona hər hansı adın verilməsi böyük və ciddi bir önəm kəsb etmir. Vacib olan onun düzgün böyüməsi, faydalı olması, cəmiyyətə ləyaqətli pay verməsidir. Bu insanların əməyini biz qoruyub saxlaya bilmişikmi? Bu gün universitet dünya müstəvisində qəbul olunurmu? Əsas olan bu sualların cavabındadır. Biz ad hesabatını yox, yubiley hesabatı edirik ki, ortaya nələr qoyduğumuzu göstərək".

Hörmətli rektorun BDU-ya Rəsulzadənin adının verilməsinə qarşı çıxması, əlbəttə, başadüşüləndir. Onun əksini söyləməsi siyasi iradəyə qarşı çıxması anlamını verərdi ki, bunu da A.Məhərrəmovdan gözləmək sədəlövhlük olardı. Hər halda BDU-dan Rəsulzadənin adı bu hakimiyyətin dövründə götürülüb, yeni siyasi qərar olmayınca, rektor da fərqli bir fikir söyləməyəcək.

Ən maraqlısı o olardı ki, müxbir, yuxarıdakı cavabdan dərhal sonra A.Məhərrəmovdan BDU-ya Heydər Əliyevin adının verilməsi təklifinə də münasibət öyrənəydi. "Bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı", deyə, Rəsulzadənin adının BDU-ya qaytarılmasına qarşı çıxan A.Məhərrəmov, bu zaman hansı cavabı verərdi? Düşünürük ki, bu sual ətrafında çox da dərin düşüncələrə dalmağa heç bir ehtiyac yoxdur...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Elşad müəllim-ə 2018-03-06 20:51:38

......Seyid cəddinə arxayın olan kimi o da onlara arxayındır.Görmürsenmi ki,onlardan işdən çıxarldıqda altlarından nələr çıxır.İnşaaııah b gündən Abel kimiləri üçün də olacaq.Səbr hər şeyi həll edir. BDU-da heç nə Abelsiz baş vermir.Allah böyükdür.

Təhlükə 2018-03-06 20:51:38

Görürəm, dayaq nöqtələri ruhlandırır, hətta keçmiş olacaq üçlüyün pozitiv dəyişikliklərə qarşı birgə fəaliyyətidə mümkündür:)

Elşad müəllim 2018-03-06 20:51:38

Ən gözəl vəzifə Abel Məhərəmovun vəzifəsidir, ortadaca yeyir, qıraqdadaca.....Bir adam da toxunmur. Hərdən bir də iclas düzənləndirib hay-küy salıb "mən də varam" deyir. Yüksək səviyyədə də necə deyərlər pulunu qazanır, sərvət toplayıb yığır altına. İndi əzizlərim özünüz deyin gözəl iş deyilmi, hi?

TELEBE 2018-03-06 20:51:38

BIR GÜN İNSALLAH HAMI YİQDIĞI MİLYARDLARİN HESABATIN VERECEK BUNLAR BİLMİR Kİ SADƏ KASELOKLARDİR SONLARI...........................

Camal Vəliyev 2018-03-06 20:51:38

Görəsən Abel Məhərrəmov bütün şərq M.Rəsulzadəni qəbul edir,tanıyir,sayır.Siz nə demək istədiyinizi niyə açıq deyə bilmirsiniz?Axı yazıların düşüncənin nə olduğunu sübut edir.Müvəffəqiyyətin başında yönəldici insan durur və onun da fəaliyyəti ADU-nin trixi ilə sıx bağlıdır. Misal:AZərbaycanın son illər inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu kimi.Bəlkə siz ulu öndəri də təkzib edirsiniz? Bu maraqlıdır.

zaur 2018-03-06 20:51:38

............

Elschad Yusubov 2018-03-06 20:51:38

Ay jurnalist,sen esl jurnalistsense ele o suali verrrdin de.H.Eliyevin adina olmaq sobetini.niye, qorxdun.vererdin, o da cashib qalardi sen de manshet duzelderdin.ici jurnalistika qarishiq haminiz qorxaqsiz. amma yalandan yazmagi bilirsiz.

Səməd 2018-03-06 20:51:38

Sovet İttifaqı bu Dahini bizə unutdura bilmədi ay yazıq! Bu millət Rəsulzadəni ürəyində yaşadır, daşlarda yox ay Abel.

nizam 2018-03-06 20:51:38

Abel adı yəqin ki bu ölkədə bir dəndir. Vəzifələrdə çöx müəmmalı adamlar var

alper 2018-03-06 20:51:38

Sənədə bu yaraşır ...

NURəddin 2018-03-06 20:51:38

Əziz dostlar, bizlərdən hər birimiz neçə illərdir ki,ölkəmizdə xeyirlə-şərin mübarizəsinin şahidlərik.Məni heyrətə salan bir şey var. İnsan nə qədər cahil olmalıdır ki, o, haqqı deyil, nahaqqı müdafiə etsin. Doğrunun deyil, yalanın keşiyini çəksin. Belə alim olarmı, ay adamlar?! Biz cəmiyyətimizi necə xilas edək?! Biz bu bəladan necə qurtaraq?! Alim bəçşəriyyəti xilas edəndir...

Vidadi Əsgərov 2018-03-06 20:51:38

Utanmasan oynamağa nə var ki? .... Hələ bir adam nazir də olmaq həvəsinə düşüb. Ancaq,neyləmək olar ki, naziri xalq seçmir, təyin edilirlər. Görün kim M.Rəsulzadə barədə fikir söyləyir.Dağıl ay dünya!

t.ədalət 2018-03-06 20:51:38

M.Ə.Rəsulzadə bir türk lideridir.Onun heç bir qarışığı yoxdur.Bəlkə də ona qarşı belə"antipatiya" elə onun xalis türklüyüdür.Ancaq "bütün çiçəkləri qoparıb atmaq mümkün olsa da,baharın gəlişini əngəlləmək olmur".Rəsulzadə şöləsinə güzgü tutanların da zamanı gələcək..

Fəradi 2018-03-06 20:51:38

Necə deyərlər "Qızıl torpağın altında da olsa öz qiymətini saxlayar". M.Ə.Rəsulzdədə öz qiymətini zamanında mütləq tapacaq. Amma yazıqlar olsun ki, A.Məhərrəmovun və onu kimi özünə, ailəsinə işləyən "ziyalıların" adı tezliklə unudulacaq. O fikirlə razıyam ki, sizin kimi məmur rektorların ucbatından elə bir çətin zamanda bu universteti yaradanların əməyini siz qoruyub saxlaya bilməmisiniz? Sizlərin sayəsində bu gün universitet dünya müstəvisində qəbul olunmur? Halbuki çox-çox sonradan yaradılan universtetlər dünya təhsil sistemində öz layiqli yerinin tuta bilib. İndi demər olar ki, 90% məmur və pulu olan istənilən iş adamının evladı xarici dövlətlərdə təhsil alır və onlar xarici dövlətlərdə müalicə alırlar.

Yeraz balası 2018-03-06 20:51:38

Abeı müellim adam kişi olar o kişini qurdugu devletin cöreyni yeyib suynu icirsen ayıbdır seneki o dahi azerxalqının atası haqında bu cüre cürük danışırsan allah göyden baxır ha kaşma

aspirant 2018-03-06 20:51:38

Gozel sualdir,Bu gün universitet dünya müstəvisində qəbul olunurmu? Xeyir abel muellim, qebul olunmur 100 il evvel butun serqde ilk Dunyevi dovlet qurmush xalqin universiteti bu gun neinki,dunyanin hec Islam olkelerinin 100 ali mektebi arasina dushe bilmeyib sizin sayenizde amma siz en cox var dovleti olan qamarlayan bir nece rektordan birisiniz

sevda agakiwiyeva 2018-03-06 20:51:38

insanin ic dunyasi sufatindan bilinir

Bəhram Cəfəri 2018-03-06 20:51:38

Abelin müstəqil Uniersitetinə N.Tusi, N.Gəncəvi, S.Ə.Şirvani, M.Ş.Vazeh, H.B.Zərdabi, Y.Məmmədəliyev digər kimyaçı Zülfüqarov kimi dahilərin adını vermək daha ədalətli olardı. İdarə etmə(Politologiya) təhsil müəssisəinə Siyasi büro üzvü, DTK generalı H.Əliyevin adı münasib olar. Əhali 25 ildir rəsmi Dövlət tariximizə qranit yaddaşı-Azadlıq meydanında Azərbaycan Xalq Cümuhürriyətinə və ya bəyanatçı M.Rəsulzadəyə abidəni gözləyir. Gəncədə də AXC-nə bir nömrəli abidə gərəkdir.

Sus 2018-03-06 20:51:38

Tələsməyin bir azdan bu "düha" təhsil naziri də olacaq.Bu rejimin ən "yaxşısı" akademikdir. Görün o biriləri nə gündədir. Gorun çatlasın sirquş müəllim.

Türk 2018-03-06 20:51:38

BDU-ya .... ADINI BƏLKƏ VERƏSİNİZ. .........

Oğuz 2018-03-06 20:51:38

Allah Milli Liderimiz M.Ə. Rəsulzadəyə qəni-qəni rəhmət eləsin! Nə qədər istəyirsiz təlxəklik və nankorluq edin, Xalqına öz tarixi torpağında dövlət və hür yaşamağa bəxş edən Rəsulzadəni bu millətin qəlbindən heç vaxt silə bilməyəcəksiz! Hələlik isə, yaltaqlıq, yalakalıq etməyə davam edin. Zaman və tarix sizləri mühakimə edəcəkdir. Bunu bilin!

Fanat 2018-03-06 20:51:38

Hörmətli Abel müəllim, yazırsız:.....“qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, biz də buna uyğun qərar qəbul edilib”....)))) qeyd etmək istərdimki, Polşa, Çexiya və Avropanın bir sıra ölkələrində universitetlər varki həmin ölkələrin tarixi şəxsiyyətlərinin adınadır. Əgər siz ABŞ-ı nəzərdə tutursunuzsa, mən biləni orada heç küçələrində adı yoxdur, küçələr sıra nomrəsi ilə sıralanır;...))))))sonra yazırsız.....” Əgər, övlad dünyaya gəlirsə, ona hər hansı adın verilməsi böyük və ciddi bir önəm kəsb etmir”.......əlbəttə, fərqi nədir ki, Traktor, Kombayn, Selsovet və s. təki ad olsun. Əvvəllər isə elimizin adəti olub, anadan olmuş uşağa ad qoyma mərasimi, şənliyi keçirilirdi, qohum-qardaşın iştirakı ilə, hələ lap qədimi Dədə Qorqud dövrünü demirəm...)))) Nəhayət, yazırsız.......”Bu insanların əməyini biz qoruyub saxlaya bilmişikmi? Bu gün universitet dünya müstəvisində qəbul olunurmu? Əsas olan bu sualların cavabındadır”......olduqca doğru suallar qaldırırsız, amma qaldırdığınız sualların cavabınıda versəydiz əla olardı....)))))) məsələn, Bakı Dövlət Universitetinin adı Dünyanın 1000 (min) aparıcı universiteti sırasında varmı, və əgər yoxdursa niyə???.....)))))))

Valeh 2018-03-06 20:51:38

Men razı onda aeroportdan heyder eliyevin adnı götrün olsun yene köhne adı yeni bina

G.M 2018-03-06 20:51:38

OXUMUŞ ADAM AYRI ŞEYDİR.

Müəllim 2018-03-06 20:51:38

Abel mmüəllimin anladığı o qədərdir.Dünya təcrübəsində universitetlərə ad vermə təcrübəsinə misal istənilən qədərdir.Məsələn: Moskva Lomonosov adına dünya şöhrətli universitet və bunun kimi İngiltərədə,Almaniyada,Amerikada olan universitetlərin adı və sairə.Bu onun dünya təcrübəsindən məlumatsızlığını göetərməklə bəzi müasir gəlmə məmurlar kimi öz savadsızlığını biryzə verib.Təsadüfi adamlar anamadığı,bilmədiyii şeyləri elə bilirlər ki, heç kim bilmir.Absurd!

keçici qırmızı bayraqlar 2018-03-06 20:51:38

Siz Abellərdə təqsir yoxdur...Ona görə də Sizlər M.Ə.Rəsulzadəni həzm edə bilmirsiniz və bilnməyəcəksinizdə. Çünkü o sizlərin toplumda gördüyünüz işlərdən yüz dəfələrlə böyük bir iş görüb.

Son yazılar