Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu - VİDEO (Yenilənib)

Rusiya Müdafiə Nazirliyinə məxsus olan və Suriyadakı Hmeymim aviabazası yaxınlığında bu gün qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində general da olub. Virtualaz.org xəbər verir ki, bu barədə WarGonzo Telegram-kanalında məlumat yer alır. Bildirilir ki, həlak olanlardan biri silahlı qüvvələrin generalı Vladimir Yermeyevdir.Qəzada generalın həlak olduğu barədə “Fontanka” saytı da öz mənbələrinə istinadən xəbər verir. Hələlik rəsmi qaynaqlar bu məlumatı şərh etmir.

Qəzaya uğrayan təyyarə Rusiya Hava Kosmik Qüvvələrinin Sankt-Peterburqda dislokasiya olunmuş 6-cı ordusunun sərəncamında olub. Müdafiə Nazirliyi təyyarənin uçuşdan əvvəl bütün yoxlamadan keçdiyini, texniki nasazlıq aşkarlanmadığını bildirir.

WarGonzo Telegram-kanalı onu da bildirir ki, göyərtədə “Vagner” özəl hərbi şirkətinin döyşçüləri də olub. Təyyarə Dəməşq-Latakiyə avtomobil yolunun yaxınlığına düşüb. “Enərkən təyyarə birdən yana əyildi, haradasa bir saniyə sonra yenidən düzəldi, sonra kəskin şəkildə aşağı düşməyə başladı, yerə dəyəndə yanı üstə aşdı və qanadı qopdu. Yerli sakinlərin istixanalarının üstünə düşdü, xeyli yerdə sürüşdü və sonra yanğın başladı”-şahidlərdən biri danışıb.

O da bildirilir ki, təyyarə bu gün Hmeymimdən Hələb əyalətindəki Kveyris aerodromuna uçub, orada mühərriklərini söndürmədən bir az gözləyib və texnki yoxlamadan keçmədən geri qayıdıb.

***

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb.

APA-nın məlumatına görə, An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 32 nəfər həlak olub.

635x100

Şərhlər

Abit 2018-03-06 22:36:29

Ay qardaşlar bu general Vladimir Yeremeyevdi 20 yanvar hadisesinin iştirakçısı, 1989- cu ilde Gürcüstanda qırğın iştirakçısı.Allaha inanmayana lenet.İt kimi öldü

Abit 2018-03-06 22:36:29

Gören vuruflarmı yoxsa ele özü tepiye çırpılıf qırılıflar?

t.ədalət 2018-03-06 22:36:29

Özgə torpağında işğalçılıq edənlərin sonu belə qurtarır.Bu,bir başlanğıcdır.

t.ədalət 2018-03-06 22:36:29

rusiya Suriya ərazisindən çıxana qədər itkilərin sayı artacaq.Özgə torpağında qənimət axtaranların nəhayətdə aq

Vüsal 2018-03-06 22:36:29

.... o samalyotun suryada ne işi var bele atalar sozü var ki (motalın tayanın üste ne işi varki düşüb partlayır)

Son yazılar