İmişli “ASAN Həyat” kompleksinin tikintisinə 19,9 milyon manat ayrılacaq

publika.az1425999773ilham  serencamPrezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamla İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilmişdir. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilmiş, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilmişdir.

“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılmış, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini vermişdir. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılmış, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılmışdır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar