Dollar "Şimali Koreya" xəbərinin ardından ucuzlaşıb

ABŞ Dolları, Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinin Seoul rəhbərliyinə istinadən yaydığı xəbərin ardından mühüm valyutalar qarşısında xeyli dəyərdən düşüb.

Həmin xəbərə görə, Şimali Koreya və Cənubi Koreya liderləri Aprel ayında keçiriləcək sammitdə görüşəcəklər.

"Marja" xəbər verir ki, Dolların mühüm valyutalar qarşısındakı dəyərini göstərən Dollar İndeksi 89.56 bəndə düşüb. İndeks 0,5% geriləyib.

Avro/dollar məzənnəsi son əməliyyatlarda 1.2414 səviyyəsini görüb. Dollar Avro qarşısında 0,6% ucuzlaşıb. Dollar/yen məzənnəsi isə 106.46 səviyyəsini görüb.

Qızılın unsiyası 0,9% bahalaşaaq 1333 dollara qalxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar