ATƏT-in Prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbərinin adı açıqlandı - FOTO

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbərinin adı açıqlanıb.

Qurumdan "Report"a verilən məlumata görə, missiyaya xanım Koriyen Conker (Corien Jonker, Hollandiya) başçılıq edəcək.

Məlumatda qeyd olunub ki, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar