Hindistanda Leninin abidəsini uçurublar! - Başı ilə futbol oynayıblar...

«AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistanın Beloniya şəhərində Leninin 2013-cü ildə qoyulmuş abidəsi uçurulub.

Abidənin uçurulması Tripura ştatında başlanmış küçə etirazları dalğasının bir hissəsidir. Etirazlar Hindistan xalq partiyasının yerili seçkilərdə qələbəsindən sonra başlayıb. Ötən 25 ildə regionda Hindistan kommunist partiyası hakimiyyətdə olub. Artıq partiya abidənin uçurulmasını «kommunistofobiya» adlandırıb.

Şahidlərin sözlərinə görə, monument yıxılan zaman, Leninin başı qopub düşüb və aksiya iştirakçıları dünya proletariyatının rəhbərinin başı ilə futbol oynayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar