«NATO İraqda iştirakını saxlayacaq...» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans İraqda iştirakını saxlayacaq və rəsmi Bağdadın xahişi ilə bu ölkənin silahlı qüvvələrinə dəstək verməkdə davam edəcək.

Bu barədə çərşənbə axşamı «Əl Sumaria» telekanalı xəbər verib.

Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl İraq parlamenti xarici ölkələrin hərbçilərinin İraqdan çıxarılmasının müddətini hökumətdən tələb edən qərar qəbul etmişdi. Stoltenberqin bəyanatı isə bundan bir neçə gün sonraya təsadüf edir.

«Biz, ona görə buradayıq ki, İraq bunu istəyir» - deyə, Stoltenberq bildirib və qeyd edib ki, Baş nazir Hadar əl-Abadidən bu barədə yazılı xahişnamə alıb. Bu zaman Baş katib inandırmağa çalışıb ki, NATO burada «uzun müddətə qalmayacaq və İraq qüvvələrinin hazırlığını davam etdirəcək ki, «İslam dövləti» ölkədə təkrar peyda olmasın».

Alyans başçısı bildirib ki, İraqın dəstəklənməsi proqramında iştirak edən NATO diqqəti yerli güclərin məşqlərinə cəmləşdirib, xüsusilə də minalardan təmizləmə və hərbi-səhra cərrahiyyəsi üzrə. Alyansın vəzifəsi hərbi akademiyaların yaradılmasından və institusional islahatların aparılması işlərinə kömək göstərməkdən ibarətdir.

Xəbər verildiyi kimi, bazar ertəsi İraqın Baş naziri Bağdadda Stoltenberqlə görüşüb və NATO ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar