İLQAR MƏMMƏDOVLA BAĞLI SON QƏRAR - Avropa Məhkəməsi qəti qərarını açıqladı

Ilqar MemmedovAvropa Məhkəməsinin “ReAl” hərəkatının həbs edilmiş lideri İlqar Məmmədov barəsində ikinci iş üzrə qərarı qüvvəyə minib və üç ay ərzində icra olunmalıdır. Virtualaz.org xəbər verir ki, bunu müxalif siyasətçinin vəkili Fuad Ağayev deyib.

Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulması təsbit edilmiş (İnsan Haqları haqqında Konvensiyanın 6-cı maddəsi), 7 il müddətinə azadlıqdan məhrum edilmə qərarı isə faktiki olaraq əsassız hesab olunmuşdu.

Avropa Məhkəməsinin bu qərarından həm Azərbaycan hökuməti, həm də İlqar Məmmədovun özü şikayət vermişdi. Müxalif siyasətçi tələb edirdi ki, 6-cı maddə ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin də pozulması təsbit edilsin, Azərbaycan hökuməti isə iddia edirdi ki, İlqar Məımmədovun barəsində Konvensiyanın 6-cı maddəsi pozulmayıb.

Bu gün Avropa Məhkəməsinin Böyük palatasının 5 hakimdən ibarət kollegiyası hər iki şikayəti rədd edib və bununla da 16 noyabr 2017-ci il tarixli qərar 3 ay müddətində icra olunmalıdır.

Faktiki olaraq, bu, o deməkdir ki, İlqar Məmmədovun barəsində qərar ləğv edilməli, o, azadlığöa buraxılmalı və 10 min avro məbləğində kompensasiya ödənilməlidir.

635x100

Şərhlər

EMİN 2018-03-06 22:22:37

RƏHMƏTLİYİN OĞLU BAKİNİN YASAMAL VƏ NƏSİMİ RAYON MƏHKƏMƏLƏRİNİN 2006-Ğİ İL TARİXLİ QANUNU QUVVƏSİNİ ALMİŞ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN CİXARİLMİŞ QƏTNAMƏ İCRA OLUNMUR, AVROPA NƏDİ ALA?

Adil 2018-03-06 22:22:37

Bu İlqar kimdir haralıdır. Vkideyiyada heç nə başa düşə bilmədim. Müxalifət məsələn İsa,Əli,Qurban,Arif hacılı bilirik kimdir. Onun kimliyi barədə heç nə heç yerdə yazılmayıb.

Azad Nuriyev 2018-03-06 22:22:37

Son 30 ildə Azərbaycan hakimiyyətinin və prezidentə dayaq-iddiaçıların ən operativ qələbəsi. İlqar Məmmədovun azadlığı EKSPROMT seçkidən sonraya qaldı!

G.M 2018-03-06 22:22:37

İlqar Məmmədov Beynəlxalq,hətta deyərdim ki,Dünya səviyəli siyasətçidir.İqtidarın ona qarşı rəftarı İlqar bəyi əzsə də hörmətinin üstünə hörmət gətirdi.Gözləmə mövqeyində olan insanların bir araya gəlməsi onun şəxsində mümkündür.İlqar bəyin ətrafına radikal gənclik də qoşulacaq.

Akif 2018-03-06 22:22:37

Nəhayət ki,xalqın ümid bəslədiyi İlqar Məmmədov bu ayın sonuna qədər azadlığa çıxacaq.Bu, hörmətli İlqar Məmmədovun YAP hakimiyyəti üzrəində qələbəsidir və bundan xalqımız bəhrələnməlidir.Artıq ölkəmizdə demokratiya quruculuğu uğrunda hakimiyyətlə mübarizənin yeni mərhələsi başlayır.

Son yazılar