"Nüvə silahından imtinaya hazırıq" - Şimali Koreya

Əgər hərbi təhdid olmazsa, Şimali Koreya nüvə proqramından imtinaya hazırdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Məlumata görə, Pxenyan nüvə silahından imtina qarşılığında ABŞ-dan ölkədəki rejimin təhlükəsizliyinin təmin olunmasını istəyib. Bu tələblərin Cənubi Koreya nümayəndə heyətinin Şimali Koreyaya səfəri zamanı Pxenyan tərəfindən irəli sürüldüyü açıqlanıb.

Artıq “Röyter”in informasiyanı Şimali Koreyaya yollanan Cənubi Koreya nümayəndə heyətinin rəhbəri Çxun I Yon da təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar