İmişlidə minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

Qezada-sinmish-padpres-180912İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonu Xəlifəli kəndi ərazisində qeydə alınıb.

İmişli sakini, 1965-cı il təvəllüdlü Təhməzov Bulud oğlunun idarə etdiyi “VAZ” markalı avtomobil Sabirabad rayon sakini, 1968-ci il təvəllüdlü Qəhrəmanov Rəsul Hacıağa oğlunun idarə etdiyi “Shacman” yük maşın ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan sürücülər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar