"Amerikalıların hər 10 nəfərindən 7-si hərbi xidmətə yararsızdır" - Alimlər

Tibb işçiləri Amerika Birləşmiş Ştatlarında (ABŞ) 17-24 yaş arası çağırışçıların sağlamlığında ciddi problemlər aşkar ediblər.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ-n «Heritage Foundation» Strateji araşdırmalar institutunun ekspertləri müəyyən ediblər ki, 17-24 yaşlı amerikalı kişilərin 70,0 faizi sağlamlıq baxımından orduda xidmət üçün yararsızdır.

Hamısının günahkarı piylənmədir - çağırışçıların bir çoxu təkcə artıq çəkiyə malik deyillər, həm də ağır formalı xəstədtirlər. Buna görə, hərbçilərin fiziki hazırlığı proqramı zamanı belə «döyüşçü»lər döyşməyi öyrənmək əvəzinə, özlərini zədələyir və komandanlığın statistikasını korlayırlar.

Hərbçilərin sözlərinə görə, təzə çağırılmış əsgərin artıq kalorini yandırmağa səfr etdiyi vaxtı, döyüş hazırlığına yönəltmək daha faydalı olardı. Heç bu da ən böyük problem deyil. Hərbçilərin məlumatına görə, ABŞ orlusunda qulluğa başlayan «təzələr»in bir çoxu ağıl sarıdan fərqlənmirlər: Təlimatçılar onların vəziyyətə görə qərar qəbul etmək qabiliyyətinə daha çox şübhələnirlər, nəinki bədənin çəkisini aşağı salmaq üçün tələb olunan iradənin çatmamasına.

Hərbçilər etiraf edirlər ki, uzun vaxt sərf etməklə, hər şeydən əvvəl, «təzələr»i lazımi fiziki formaya salmaq mümkün olur -bunun üçün xüsusi proqramlar işlənib hazırlanıb ki, bir neçə həftəyə artıq çəkini «yox emək» mümkün olsun.

Ancaq aşığı əqli qabiliyyəti qaldırmaq üçün hələlik effektli vasitə yaradılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar