"ƏLİ KƏRİMLİYƏ, CƏMİL HƏSƏNLİYƏ MÜRACİƏT EDİRƏM..." - Siyavuş Novruzovdan müxalifətə ŞOK MÜRACİƏT

"İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil...Mübarizəni biz kişi kimi aparırıq"

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Musavat.com vasitəsilə sensasion müraciət edib. Hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti təqdim edirik: “Mən musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?

Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciə edirəm. Onu bu hərəkatda görüblərsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.

S.Novruzov daha sonra hərəkat yolu keçmiş, indi də siyasi arenada olan digər şəxslərə müraciət ünvanlayıb: “Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyevə, bunların hər birinə müraciət edirəm. Biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim.

Tahir Kərimi məhkəmə sədri ola-ola milli azadlıq hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ail üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?”

YAP funksioner dedi ki, bu adamlara iki sualı var: “Birincisi, Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz?

İkincisi, 28 ildir bir-birinizlə siyasi mübarizə aparırsınız. Hüquq müdafiə təşkilatlarının hamısına, başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır!

Ondan sonra, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun adını çəkmirəm, onlar mənim qohumlarımdır, hər ikisi xalanəvəmdir. Adlarını çəksəm, deyəcəklər qohum-əqrabasını yığır. Qurban müəllimin atası Cəlal müəllim müharibə iştirakçısı olub, güllə yarası alıb, sonra da müəllimlik fəaliyyətini davam etdirib. Bizim müəllimimiz, ağsaqqalımız olub. Mənim də iki babam vuruşub. Biri, Qurban müəllimin qohumu 1943-cü ildə Ukraynada həlak olub. O biri babam Berlinə qədər gedib çıxıb. Özüm iki müharibə qəhrəmanıyam. Qəhrəman deyəndə ki, qəhrəmanlığımız bir şey deyil. Torpağımız əgər işğal altındadırsa, nə qəhrəmanlıqdan danışa bilərik? İki müharibənin iştirakçısıyam. Vikipediaya gir, orda mənim orden və medallarım haqqında gör. Elə orden var ki, onu mənə Qorbaçov verib, Allah ona lənət eləsin! Onu bir tərəfə qoyuram. Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.

S.Novruzov bir daha Azərbaycanın ictmai-siyasi həyatında olanların hamısına müraciət etmək istədiyini vurğuladı: “Zərdüş, Araz Əlizadə qardaşlarına, Əli Əliyevə müraciət edirəm. Bu adamı görmüsünüzmü? O cümlədən bizim blogerlərin hamısına müraciət edirəm, birincisi, görmüsünüzmü? İkincisi, görmüsünüzmü ki, mən bir adam haqqında hörmətsiz bir söz deyim? Siyasi mübarizə mübarizədir. Siyasi mübarizə təhqir deyil”.

S.Novruzov Musavat.com-a açıqlamasında dedi ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir: “Dünən youtube-də mənim haqqımda söyüş söyüb. İddia edir ki, atamın qəbrini Yeni Azərbaycan Partiyasının nümayəndələri təhqir edib. Ən müqəddəs kitabımız Qurandır. Mən də əlimi Qurana qoyuram, sən də qoy. ATƏT-ə də, Avropa Şurasına da, digər qurumlara da müraciət edirəm, xahiş edirəm, araşdırılsın. Yuxarıda silsilə ilə dedim, bir adam desin ki, 1988-ci ildən başlamış, bu günə qədər onların atasına, anasına, övladlarına qarşı kimsə çıxış edib. İndi kim çıxış edib, get, onunla mübarizə apar!

Mənim, dövlət başçısını, ümummilli liderin, Mehriban xanımın adını çəkir. Mehriban xanımın dəstək verdiyi insanların sayı-hesabı yoxdur. Nə qədər adamın ürək əməliyyatı ilə məşğuldur. Nə qədər adama köməklik edib. Hətta müraciətlər gəlir ki, evimdə televizor yoxdur, Mehriban xanımdan xahiş edirəm, mənə televizor versin, dərhal göndərilir. Bəs, sən bu cəmiyyət üçün neyləmisən?! Bax, görürsünüz, mən söyüşlə danışmırar, səmimi münasibətlə sözümü deyirəm. Həmçinin adlarını çəkdiyim adamlardan xahiş edirəm. Eyni zamanda bütün jurnalistlərdən, blogerlərdən, bütün internet istifadəçilərinə müraciət edirəm, bunu tanıyan var, ya yox?

Avropada yaşayanlardan Qəniimət zahidə müraciət edirəm: Qənimət bəy, sən necə, nə vaxtsa özün, necə, bu adamı hərəkatda görmüsənmi? İkincisi, sənə, ailə üzvlərinə qarşı bu dövlətdən təhqir eşitmisənmi?”

YAP təmsilçisi V.İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumatların da əsassız olduğunu vurğuladı: “Belə şey olmayıb. Bu, özü-özündən düzəldir, bütün bunlar öz-özünü məşhurlaşdırmaq istəyindən irəli gəlir. Mən bundan əvvəl də sizin qəzetə demişdim, ola bilər kiminsə səbri dözməyib. Hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. YAP-ın özü də istəyir ortaya çıxaraq ki, bunlar kimdir? Biri bir kəlmə desin, gedim, ondan üzr istəyim. Bunların ən qatı müxalifətçisi Cəmil Həsənli deyil? Bir kəlmə desin ki, mənim evim, ailəm, uşaqlarım haqqında Siyavuş Novruzov, ya Əli Əhmədov, ya YAP-ın digər nümayəndəsi bir kəlmə söz deyib. Mən gedərəm, ondan üzr istəyərəm. Özü də mən parlamentdə dini komitənin sədriyəm, əgər bu cür mövqedən çıxış etsəm, camaat mənə nə deyər? Xəlil Rzanın, Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, İmam Mustafayevin ailəsinə müraciət edirəm, onlar Azərbaycanın ağsaqqal ziyalıları olublar. Qoy ailə üzvləri münasibət bildirsin”.

Sonda YAP-çı deputat V.İsgəndərlinin özünə xitab etdi: “Sən kimi təmsil edirsən? İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil. Məni nə qədər söyəcəksən, mən susacağam. Neçə illər ərzində mən kiminsə evi, ailəsi haqqında bir kəlmə danışmışam? İndi durmusan orda, mənim haqqımda nə gəldi, danışırsan... Xaricdə yaşayırsan, başa düşürəm. Gəlmək istəyirsən, gəl! Gəlməyəcəksənsə, mən gəlim. Mən seçkidən sonra bu söhbəti davam etdirəcəyəm. Amma indi seçki vaxtı sən bu camaatı çaşdırırsan...”

635x100

Şərhlər

Qarabaglı 2018-03-08 15:15:48

Seyavuş bey sen namizet olsaydın kişi deyil nesillikle sene ses vermeyen......şehid anasını döyen gencenin icra başcısı elmar veliyev cezalandırmalıdı....

issiz gucsuz 2018-03-08 15:15:48

ne qeder ki,memurlar elkeni taliyacaq ,rusvet ,haqsizliq hekm surecek bizim xalq ezab cekecek.bunlara son qoyulmasa deputatlar,memurlar biznesnen yox ez vezifelarini icra edende her sey yaxsi olacaq.deputatin ,memurun villasi olmamalidir onu halal pulla erseye getirmek mumkun del,men 43 il islemisen bes sot torpaq almaga pulum yoxdur bunlar nece olur deyeri miluonlarla elculen servete malikdirler.

S.Novruzova 2018-03-08 15:15:48

Ay Siyavuş, Bəlkə biz bilmirik bu gün parlamentdə əyləşən "deputatlar" hamısı Meydanda olublar?25 ildir nazir kreslosunda əyləşib ölkəni talayan nazirlər də bəlkə meydanda olublar.Özünü biabır etmə.Səni veriblər qabağa nə istəyirsən danışırsan.

Vətəndaş 2018-03-08 15:15:48

Az.Politika xahiş edirəm görkəmli ziyalımız S.Rüstəmxanlının S.Novruzova verdiyi cavabı da oxuculara çatdırasınız.

t.edalet-e 2018-03-08 15:15:48

edalət eke,Arif beyin suallari birbawa sene aiddir, ozunde bir balaca vicdan deyilen wey varsa cavab ver!

düşün 2018-03-08 15:15:48

Vidadi ve ya her hansı biri Milli Azadlıg Herekatında iştirak etmeseydi Azerbaycan indi ne veziyyetde olurdu? Yeni, AZ.SSR mi galacagdı?, %20 torpaklarımız yox, %40 mi gedecekdi?

Arif 2018-03-08 15:15:48

Siyavuş Novruzov, NIYE, sen SORUSHMURSAN "QACHQINKOM" sedri Əli Həsənovdan, DOVLET BUDCESINDEN "QACHQINKOM" - a VERILEN MILYONLARLA MANAT PULLARI hara xərcləyib?......... S. Novruzov, NIYE, senin YAXIN ETRAFINDA OLAN KORRUPSIONER "AKULALAR"a QARSHI, MUBARIZE APARMIRSAN ? NIYE, YAP SIYASI QERAR QEBUL ETMIR, TEZLIKLE, DAQLIQ QARABAQI ermeni -rus ishqalindan AZAD ETMEK BAREDE, NIYE, HECH TELESMIRSINIZ ?????

Fəradi 2018-03-08 15:15:48

Axırıncı aşrım kinosunda deyildiyi kimi- Kişinin hayfını onun arvad-uşağndan (ata-anasınından , qardaş-bacısından almaq, ata-anasının qəbrini biabır etmək - əlavələr mənimdir) biqeyretkikdir, binamusluqdur. Erməniləri özümüzə yaxşı güldürdük. Sonra da deyirik ki, ermənilər qəbirlərimizi dağıdıblar. Yəni insanlığımızı bu qədər itirmişik?

Bitərəf 2018-03-08 15:15:48

Iki yaxın qohumlardan biri iqtidarda,digəri müxalifətdə......Bu bölüşmədən Azərbaycan xalqına nə fayda ola bilər? BU suala kim cavab verə bilər? Bu oyun deyilmi?

yusif-1313 2018-03-08 15:15:48

HÖRMƏTLİ TƏYİN OLUNMUŞ DEPUTAT.VƏZİYYƏTİN BELƏ HALA GƏLİB CİXMASİ BİLAVASİTƏ SƏNİN VƏ SƏNİN KİMİLƏRİN GÜNAHİDİR.

Allahın qulu 2018-03-08 15:15:48

Siz minlərlə adamlara zülm verirsiniz... Bu zülmü çəkənlərdən biri də mənəm.Düz beş ildir ki,mənim ölkədən çıxmağıma qadağa qoyulub.Respublikada müraciət etmədiyim adam qalmayıb.Amma baş prokurorluqla heçkim bacarmır.

eynulla 2018-03-08 15:15:48

turme de insani ozune tanidir

axmed 2018-03-08 15:15:48

tovbe etmek hec zaman kec deyil.yoxsa adami turmeyete salilar ............

Bu məsələlər buna bənzəyir 2018-03-08 15:15:48

Bir gün iki dəli yol gedir. Hər ikisi bərk susayır. Dəlinin biri o biri dəliyə deyir: -sən get su iç , mənim də əvəzimdə içərsən. O biri gedir su içir, və geri qayidanda gülə- gülə qayidir. Birinci dəli soruşur, niyə gülürsən? İkinci dəli deyir:- öz yerimə bulaq suyu içdim, sənin yerinə kanalizasiya suyu.

Dincəlmək üçün lətifə 2018-03-08 15:15:48

Müdir dostu ilə dərdini bölüşür: - Kadrlar şöbəsinin rəisini işdən çıxartdım. Dostu təəccüblənir: - Sən ki onun işindən razı idin. İş bir yana, gözəl qadın idi, heyf. Axı nə səbəbə belə qərar verdin? - Yubileyimə bir gün qalmış işdən evə dönəndə gördüm küçə ilə gedir, əlində də iki dolu zənbil. Kömək təklif elədim, razılaşdı. Sonra da məni evə bir fincan qəhvə içməyə dəvət elədi. - Bunun nəyi pisdi ki? - Mən qəhvəni içənə kimi o yana otağa keçdi və dedi ki, nə vaxt çağırsam, sən də gələrsən. 10 dəqiqədən sonra məni çağırdı. İçəri girdim, bütün işçilər stolun arxasında oturub. Stolun üstündə də quş südü, can dərmanı. Sən demə ad günümlə bağlı mənə sürpriz hazırlayıblar. - Bu lap əla oldu ki! - Nəyi əladı? Sən bilmirsən axı, mən o biri otağa hansı görkəmdə girmişdim....

jamal 2018-03-08 15:15:48

Elçibəy sizi hökümətə gətirdi sizə çörək verdi daha onu da söyən deyilsən ki ... Mutəllibovu söydüz- spydüz axırda öz tərəfinizə çəkdiz

siyavuşa sual 2018-03-08 15:15:48

Deyirsənki V.İsgəndərli prokurorluq orqanlarında insanların başına oyun açırdı.O ki, sizin hakimiyyətiniz dövründə işləyirdi.3.Qadınları,uşaqları məcburi polisə aparmaq hansı "kişilikdəndir"?4.İnsanları(xüsusi ilə bəzi şairi və yazıçını) ucdantutma təlxək etmisiniz, bu hansı "kişilikdəndir"? "ana yasanı" bezrazmer etmisiniz,bu hansı əxlaqa sığır? və s.Bu suallara caVAB TAPSAN,deyərəm ki,kişi adamsan.

Arı və milçək 2018-03-08 15:15:48

Həşəratlarda belə bir həyat tərzi var. Arı dünyanı gəzir və yalnız çiçəkləri, gülləri görüb, qonur. Məhsulu da bal olur. Milçək də uçaraq gəzir və üfunətli yerlər axtarır və ora qonur....

mubariz alizada 2018-03-08 15:15:48

Sadece Siyavus muellime bir iki sual vereceydim. Amma Qurban Memmedova gore dilim gelmedi. Amma her seyi Allah daha yaxsı bilir.

Vicdan 2018-03-08 15:15:48

Bir gün od, su və vicdan güclü dostluq edirlər. Gün gəlir onlar üç yol ayrıcına gəlib çıxırlar və ayrılmalı olurlar. Bir-birilərinə baxirlar ki, bəs biz sonra necə görüşəcəyik? Suya baxirlar. Su deyir: narahat olmayin harada dəniz, göl, şəlalə görsəniz mən ordayam! Oda baxirlar. Od deyir: narahat olmayin harada tüstü, alov gördünüz mən ordayam! Və Vicdana baxirlar, vicdan baxir-baxir və deyir: Yox məni itirməyin. Itirsəniz tapa bilməyəcəksiniz.

turksoy 2018-03-08 15:15:48

rauf,razi,hesequliyev,isa,iqbal,ali aliyev,ferec,lale,evez,serdar,fezail ve s...

t.edalete 2018-03-08 15:15:48

ekebala,senden elave 25 werh yazilib ve senden bawqa hec kim razi deyil by kotlet muellimnen,dostunu mene goster ,kim odugunu deyim.Beyendiyin (yaltaqlandigin)adamlar ne vaxt daniwiblar Qarabagdan,iwleri-guclerii ele muxalifeti soymekdi de!

Vətəndaş 2018-03-08 15:15:48

Bəzi adamlar var ki, Vidadi İskəndərov kimi onlarla adam dilində danışmaq yersizdi. Elə bu şərh yazanlar kimi. Key düşüncə ilə yalnız söyüş və təhqir dialoqu onlar üçün keçərlidir.

Vətəndaş 2018-03-08 15:15:48

Ə Habil Ayaz Mütəllibov bilikli yox ey, vətən xainidir. O əməllərinə görə şaqqalanmalı idi.

Müfəttiş 2018-03-08 15:15:48

Musavatla partiyası və Yeni Musavat qəzetinin fərqini anlamayanlar, R.Arifoğlu ilə S.Novruzovun fərqini də bilməzlər...

Cavid 2018-03-08 15:15:48

Utanmaz

avam 2018-03-08 15:15:48

Etirazlar heç bir halda mezarlara,ölülere gedib çıxmamalidir.Milletin meneviyyatina,imicine zerbedir.Qonşulariniz meharetle istifade ederler

Redaktora 2018-03-08 15:15:48

Müsavat artıq müxalifət deyil.Görmürsünüz,ağzından od püskürən Rauf Arifoğlunun, digər müsavat funksionerlərinin səsi kəsilib.Deməli onlar bir çox ( Mirəlioğlu, Razi, Həsənquliyev , Fəzail,Fazil , yeni müsavat və bunlar kimi) qurama müxalifətlə bir sıraya düzülərək iqtidarı təmsil edirlər.Ona görə də Siyavuş əkənin Müsavata müsahibəsi YAP-la müsahibədən fərqlənmir.

X 2018-03-08 15:15:48

Siyavuş müraciətindəki suallarını YAP-a qulluq edən xalqı bu açınacaqlı günə salmış iqtidar məmurlarına verməliydi. Çünki xalqın aşağılamasını onlar başlayıblar. Yeni il qabağı Quba bazarnda baba 4-5 yaşlı nəvəsinin şıltaqlığını dayandırmaq üçün nəvəsinə ərklə "Köpək oğlu bəsdi də" demişdi nəvəsi isə babasının üzünə baxıb "Köpək oğlu özünsən" demişdi və bunu eşidənlərin gülüşündən babası qıpqırmızı qızararaq nəvəsiylə bazarı tərk etmişdi......

Veteran 2018-03-08 15:15:48

O vaxta qeder ki, memurlar Xalqa xidmet etmek ucun onlara hevale olunmuw nazirlikleri, komiteleri, icra hakimiyyetlerini ve sarireleri OBYEYKT kimi iwledecekler hecne deyiwmeyecek!

Bəhram Qarabağlı 2018-03-08 15:15:48

80 illik sosializm mülküyyəti əks əllərə verildi? Kilsələrlə yanaşı məscidlərin də qapıları açıldı? Araçı S.Novruzovun bəyanatına şərh gərək deyildi. Amma, şərhlər 1 və 2 nömrəli problemlərə toxunublar. 1.Qarabağ zurnası çalan müxalifət 30 ildir onun qəti həllindən bir kəlmə də danışmır? 2.Müstəqillik dövründə minlərlə azərbaycanlını Qarabağ siyasi iddiaçısına görə "susduran" iqtidar isə anti-Azərbaycan cinayətinə görə bircə daşnakı belə mühakimə etməyib? 3.Azərbaycan özündən çox xaricə işlədilir.

Redaktor 2018-03-08 15:15:48

Cox gumanki bu deputat qaş qayirdiği yerdə goz cixarmiş olsun. Birdə ki niyə məhs musavata verilib bu aciqlama? Gorunur inanib, işbirliyi yapa biləcəkləri bu saytdir. Yoxsa YAP funksioneri hara, muxalifət adlandirilan masavat qəzetəsi hara? O ki qaldi soyuş təhqirə, ola bilsin ki Siyavuş bu gundən başlayaraq deyir.Yəni...rebyata davayte budim jit durujno!

Oxucu 2018-03-08 15:15:48

Mən sizin yerinizdə olsaydım mandatımı təhvil verərdim.Gələn seçkidə seçilməyə cəhd etməyin siz allah.Bəli yaman olur halımız səhv düşəndə yerimiz.

Həbib 2018-03-08 15:15:48

BİR ÖLKƏNİN MİLLƏTİN Kİ BAŞ BİLƏNİ SİYAVUŞ OL,DAĞILSIN DƏ O ÖLKƏ. İNSANDA GƏRƏK ABIR HƏYA OLA BELƏ VƏZİYYƏTDƏN SONRA DAMIŞMAĞA. ÖLÜNÜ TƏHQİR ETMƏK KİMİ ALÇAQLIQDAN SONRA ANCAQ NADANLAR DANIŞA VƏ BUNA HAQQ QAZANDIRA BİLƏR.

asif 2018-03-08 15:15:48

Bəs hamam otağında qadını lüt göstərmək, qadınları polisə aparıb təhqir etmək,seçki saxtakarlığı,rüşvət alma və s. təhqir deyilmi? Gedin gözünüzdəki tiri çıxarın.

Bashirov Qarib 2018-03-08 15:15:48

Cenab Novruzov,sözlərinizdə həqiqət payı çoxdur .Mən də muxalifətdənəm, işin bu hala gəlməsi, hamı kimi məni də qorxudur və utandırır. Amma, bunun yeganə həll yolu o biabırçı göruntuləri çəkənləri və yayanları tapıb ifşa etmekden keçir. Səmimiyyətinizə ictimaiyyat o zaman inanacaq və hadisələr sizin dediyiniz rusloya duşəcək. Bu vəziyyət hamını pərt edib.Bu vəziyyət bu 30 ildə heç vaxt olmayıb.Məntiqlə bu işi uçuncu çəxslərin törətməsi ehtimalı boyukdur.Dövlətin gucundən istifadə edib hər şey aydınlaşar.

babek 2018-03-08 15:15:48

Gorun olkede kishiliy ne koke saliblar ki,... Dyumanin dunyaya yaydigi azeri kishiliyini mehv edibsiz,oz seviyyenize salibsiz.Ogurlug pulla ailesine alt paltar alan kishidir? .....Siz bir neferden yox,10 milyonlug milletden ogurlayirsiz. Mustegillikden danishirsan,ona garshi ses veren ... ondan nece danishar,o bayyragin altinda gezer? ... Tarix,selname yazilir,azeri milleti dovlete sahib cixacag, bil ve agah ol......

pensioner 2018-03-08 15:15:48

Müraciət vaxtı deyil.Sifariş verənləri və icraçıları xalqa tanıtmaq lazımdır.

R-n 2018-03-08 15:15:48

Ay kotlet,deyesen guyrugun gapi arasinda galib.Ne geder .... dediklerini danasan. Cekdiyin adlar arasinda Ali ve Cemilden bashga kimdir muxalifet? ... Gebrin tehgir olunmasina bildirdiyin munasibet besdir, hele Iller boyu etdiyin ... dediyin yalanlar galsin bir terefe. Hec Hitler gunahkara gore onun gohumlarini tegib etmeyib. Mitinge gedenin tayfasini tegib edirsiz,siz gopcular. .....

Akif 2018-03-08 15:15:48

Siyavuş Novruzov,mən bitərəf vətədaş kimi sual edirəm:nə üçün Vidadi İskəndərlinin ailəsini, başda qoca anası olomaqla telekanallar vasitəsilə onun üzünü dayandırmısınız və məcbur etmisiniz ki, onlar ondan imtina etsinlər? Milli azadlıq hərəkatında .... həmçinin YAPın funksionerlərindən kimlər iştirak edib? Bu susallara cavab ver və polmika açaq.Sizin hakimiyyət antixalq siyasəsəti aparır və xalqı aclıqla üzləşdirib məhv edir.Qeyd edim ki, Vidadi İskəndərlini tanımıram

NURəddin 2018-03-08 15:15:48

BU MÜRACİƏTİN ƏN LAQYİQLİ CAVABI ONA ƏHƏMİYYƏT VERMƏMƏK VƏ SUSMAQDIR.SIZLƏRƏ ON MİNLƏRLƏ MÜRACİƏT OLUNUR SUSURSUZ.İNSANLAR QAPINIZIN ÖNÜNDƏ ÖZLƏRİNİ YANDIRIRLAR, PƏRDƏNİ BELƏ ÇƏKİB BAXMIRSIZ.İNDİ İSƏ XALQA YALVARIRSIZ.SİZ ELƏ İMANSIZLIQLAR ETMİŞ,ELƏ BÖHTAN VƏ HAQSIZLIQLARA XALQI YABDIRIB-YAXMISINIZ Kİ,OD TUTUB YANSANIZ BELƏ ŞƏXSƏN MƏN ÜSTÜNÜZƏ BİR OVUC SU ATMARAM.AMMA .... ÇÜNKİ MƏN MƏHƏMMƏD ÜMMƏTİYƏM.BİR İNSANIN YANMASINA KƏNARDAN DURUB BAXMAQ MƏNİ İMANDAN ÇIXARAR.YANIN

oxucu 2018-03-08 15:15:48

Siyavuş vallah ayıbdır.Sizin danışığınızda bir faiz də olsa səmimilik yoxdur.əvvəl verdiyiniz müsahibə nə idi ,indi nə danışırsız.Heç olmasa danışandan sonra öz danışdığınıza qulaq asın və yaxud heç danışmayın,Siz ağzınızı açanda biz millət utanırıq.Əlbəttə ku, bunu edən sizin kimi xalqı Prizidentdən narazı salan adamlardı.Sonra da Ayaz Mütəllibova sual vermək ? Ayaz Mütəllibov səviyyəsində adam tək-tükdür.İndi taleyin qisməti elə imiş.Yaxşı ki Prizidentimiz onu bağışladı.

G.M 2018-03-08 15:15:48

Ahaaaa,deməli Xarici ölkələrin qınağı öz işini görür..Bəli ayıbdı.İqtidar nümayəndəsi müxalifət üzvünü,yaxud da ki,adi vətəndaşı ailəsiylə təhdit etməməlidir.Belə təxribatlar əslində Prezidentə qarşı yönəlmiş oyunbazlıqdır.Bir qurup məmurlara bu situasiya sərf edir.Prezident,Hökumət ``canının hayına`` qalır.Yaramaz qüvvələr həm Hakimiyyəti,həm də müxalifəti öz məqsədləri naminə rüsvayi-cahan eliyir.BULANIQ SUDA BALIQ TUTURLAR.Siyavuş kimi səthi siyasətçilər də ``Qaş düzəltdiyi yerdə,vurub gözü də tökürlər``

pıs-pısa 2018-03-08 15:15:48

Əcəba Sizlərdə bu "kişi" kimi mübarizə aparmaq, "dialoqa" girmək həvəsi nə vaxtdan yarandı?? Mqabenin yanında duran YAP-izm nə yaman əl-ayağa düşüb?

Yalçın 2018-03-08 15:15:48

Bu Siyavuşa nə olubdur belə?

t.ədalət 2018-03-08 15:15:48

Bu yerdə Səyavuş müəllimlə tam razıyam.Söyüş,təhqir əxlaqa yaraşmayan adətdir.Mən üzümü xaricdə yaşayan,Azərbaycandan,nə bilim kimlərdənsə küsən adamlara tuturam:--Söyüş adamı alçaldır!Bu,mübarizə yolu ola bilməz.Təəssüflər olsun ki,xaricə "sığınanlar"ın--Sizin heç biriniz Qarabağ dərdimizdən danışmır.Şəxsi qisasçılıq hissini bir tərəfə qoyub illərdən bəri içərisində əzildiyimiz Dağlıq Qarabağ problemindən,onu yaradan erməni-rus birliyindən bəhs etmək lazımdır.Söyüşə-söyüşə düşmənlə döyüşə getmək olmur..

Akt 2018-03-08 15:15:48

Deməli bu gün başa düşmüsünüz ki, bu heç bir insanlığa sığmayan bir vandalizmdir? Onsuzda ölkə vətəndaşlarını hüquqsuz etmisiniz,bəs dünya?Sual oluna bilər "qul bayraminiz mübarık" yazan bir günə tutulur və 10 il iş verilir,6 gün keçibdir,heç bir xəbər yoxdur?Digər tərəfdən heç kəs özünü bu cür təhqir olunmağına yol verməz, nə ola ki, V.İsgəndərli ola.Yaxşı olar ki, problemi vaxtında həll edin.

matin 2018-03-08 15:15:48

Əvvəllər Ə. Kərimlinin özünün cinsi azlıq olduğunu qabardırdınız! Evin qabağında quqqulduyurdunuz! parlamentdə belə qoluboy adlandırırdınız. İndi isə hökümətin diqtəsin ilə işləyən birisi onun öğlu barəsində ağzına gələni yazırsınız, xoruz adlandırırsınız. Addım-addım izlətdirirsiniz Londonda. O bir gəncdir, sərxoş da ola bilər, lap kişi ilə də qucaqlaşa bilər. Bu əsas vermir ki, onu xoruz deyəsiniz. Azərbaycanda gənclər görüşəndə öpüşürlər.xoruzdurlar?! Siyavuş bir az səmimi ol!Qarin ağ.səbəbi başqadı

keçici qırmızı bayraqlar 2018-03-08 15:15:48

Deyərlər soğan yeməmisən için niyə göynəyir. Özünə niyə əl qatmısan ey cənabi deputat. Onun .... üçün Yapon İmperialistlərini (Z.H.) belənçikinə yandırır.

miri 2018-03-08 15:15:48

Baş vermiş bu şərəfsizliyi "gənclərin dözməməyi" kimi qiymət vermək nəinki adların çəkdiklərinə, bütün millətə təhqirdir.Umumən sizin kimiləri məsul yerdə oturdub , sonradan söz deməyə məcbur etmək milli dəyərlərimizə hörmətsizlikdir. Cunki,danışdıqlarınizin nə məntiqi nə digər əsaslanmasi olur.P.S.burda S.Cəlaloglunun xalanəvəsi olması açıqlaması verməyinə görə isə çox sağol.Coxumuza maraqlı gələn "seçki oyunu"nda iştiraka səbəbi bilməyə yardımçı oldunuz.

Abit 2018-03-08 15:15:48

Kürümek lazımdı ....bu gün dövleti müdafie etmeyenleri,yüzlerle vetenperver oğlanlar tanıyıram başqa dövletlere köçmek isteyirler,kim meşğul olmalıdı bu işlerle?Azerbaycanın potensialı gedir,adamın qelbi ağrıyır,niye beyinlerinin mehsulunu başqa dövletlere satmalıdı bu gencler? Kim onları teqdim etmelidi prezidente? Axı bele yanaşma olmaz

Abit 2018-03-08 15:15:48

Ardı: onlara cavab vermek üçün?Nedi Hafiz Hacıyev Qeder yoxdular diger YAP funlsionerleri.Bütün günü metbuatı izleyirem yoxdu heç kim.Burda qaranlıq meqamlar var onu açmaq lazımdı.Hüquq mühafize orqanları seçki öncesi güclü işlemelidi,bu ölke hamımızındı,bütün tehlükelere qarşı men sinemi ireli verecem,heçneden qorxmuram

Habil 2018-03-08 15:15:48

Siyavus Novruzov siz kimsizki Ayaz Mütəllibova sual verirsiz?Digerlerini demirem.Belke ele onlarin sirasinda sizin seviyyenizde ola insan var.Amma Ayaz Mütəllibova sizin sual vermeyiniz duz deyil.O olkemizin BIRINCI Prezidenti olub.BU faktdi ve sanli tarixdi.Siz Ayaz Mütəllibov biliyine seviyyesine catmaq ucun hele bundan sonrada gerek 50 il yasayasiniz ve oyrenesiniz.Budakimumkun deyil(Yasaya bilersiz)

Abit 2018-03-08 15:15:48

Siyavuş bey niye o biri müfte yetenler sesini çıxarmır?niye lal olublar? Her kese prezidetmi cavab vermelidir? Müfte yeyenler biri cınqırını çıxarmır,lezzet alırlar,bilirsiz niye?çünki tutduqları postlara layiq deyiller.Müsteqillik üçün canımızı qoyduq 20 yanvarda yaralanmışam,Qarabağ döyüşlerinin iştirakçısıyam, iki ali tehsilim var neçe illerdi işlemirem,yazdığım erizelere cavab veren yoxdu,hemin rehberlerdi milleti dövletden narazı salan.İlham Eliyev neynesin durub youtubda kanal açsın kimlelese mübarize

Zippirtich 2018-03-08 15:15:48

Hami kisilikden danisir. Deputatlar, biznesmenler ve s. Teklif edirem bizim dil leksionumuza yeni bir soz elave olunsun: KISIFASON, ya da KISI-FASON.

Son yazılar