TÜRK ORDUSU CİNDERESİ DƏ AZAD ETDİ - Afrindən qələbə xəbəri gəldi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Cinderes bölgəsini terrorçulardan təmizləyib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bu gün Cinderesin mərkəzində şiddətli döyüşlərin getdiyi, türk ordusunun ardıcıl zərbələrindən sonra Cinderesin azad edildiyi bildirilir.

Afrinə gedən yolun üzərində yerləşən Cinderes bölgəsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, buranın ələ keçməsindən sonra Afrinə gedən əsas yol türk ordusu üçün açıldı.

Qeyd edək ki, TSQ ötən gün Cinderes yüksəkliyini ələ keçirmişdi.

Afrinin qapısı sayılan Cinderesin ələ keçirilməsi zamanı terrorçulara böyük zərbə vurulub. Xeyli sayda silahlı məhv edilib. 

Qeyd edək ki, Afrin, bir şəhər mərkəzi ilə Racu, Bülbül, Şeyh Hadid, Cinderes, Şeran ve Mabatlı olmak üzrə 6 bölgə mərkəzinden ibarətdir.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu bunlardan yalnız Mabatlı bölgəsində hələlik əməliyyata başlamayıb. Qalan bölgələrin mərkəzləri azad edilib, kəndləri də terrorçulardan təmizlənir.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytin Dalı Hərəkatı başlayandan bu yana YPG/PKK-DEAŞ'ın işğalındakı Afrində 5-i bölgə mərkəzi, 122-si kənd, 30-u kritik nöltə olmak üzrə ümumilikdə 157 məntəqəni nəzrət altına alıb.

AzPolitika.info

635x100

Şərhlər

Kamal Əliyev 2018-03-08 16:01:10

Məhəmməd,əgər adın doğrudan da Məhəmməddirsə,Akop deyilsə anla ki,səni Tanrı yeyib yatmaq üşün yaradıb,siyasət üşün yox.Anla ki, Türk ordusu işğalçı deyil,sərhəddə toplaşmış xain kürdlərdən,onların havadarları xristian dünyasından həm öz xalqını,həm də Suriyalıları qorumaq üçün ordadır.Neçə ildir bu zıpp- a-zıppdan sən hələ ayılmamısan?

OQTAY 2018-03-08 16:01:10

Mehemmed..?Doyusen aslanlarin esl adi "MEHMETCIK"=dir,onlar 1 olur,1000=dirilir!Turkiyede 4 000 000-a yaxin Suriya qacqinlari var,tek basina onlara kim baxir,Rusiya,Iran,BEE,ABS yoxsa AB-yi..?Serh yazanda heqiqeti yazmaq lazimdir!Yalan-palan yazmaqla gunaha girmeyin!!!Suriyada yasayan mezlum xalq,elede ISLAM olkelerinin xalqi,ALBAYRAQLI SANLI ORDUNUN YOLUNU GOZLEYIRLER!INSAALLAH o yol,ALLAH yoludur,TURK o yolda hec vaxt oz menifeyni gudmeyib,mezluma,arxasiza,zulumde olana,sahib cixmisdir!ALLAH TURKU QORUSUN

Azər 2018-03-08 16:01:10

Türkiyə öz sərhədlərini və türkmənləri qoruyur. Həm də Xristyanların göstərişi ilə müsəlmanlara əsasən də Türklərə qarşı düşmənçilik edən PKK PYD kimi terror təşkilatların silahlı qoşunlarından özünü qoruyur. Həm də bu torpaqların çoxu əvvələr Türlərin olubdur. 2-cisi 10 min km yol gəlib Amerka,rusya,iran və başqaları nə istəyirsə Türkiyə də onu istəyir.

Mehemmed 2018-03-08 16:01:10

Turkiye tam bir iwqalciliqla mewqul, kimi kimden azad evir? eyer turkiyenin bu hereketini alqiwlayiriqsa nece ermeniden teleb etmek olar ki cix ozge torpaqindan

G.M 2018-03-08 16:01:10

``Cinderes`` türgcəndir..Açması Cin Dərəsi deməkdir.Gözlüyürəm ki,görüm Afirinin azad olunmasına ABŞ-Rus-İran münasibəti necə olacaq.Allah Türkiyəmizi qorusun.

Son yazılar