"Avropol"-a ilk dəfə qadın rəhbər təyin edilib

Bu gün Avropa İttifaqı Şurası ilk dəfə bir qadını Avropa Polis Təşkilatına (Avropol) icraçı direktor təyin edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün Brüsseldə Avropa İttifaqı Şurasının daxili işlər və ədliyyə üzrə keçirilən iclasında qəbul edilib.

Bu vəzifəyə Belçika federal polisinin 49 yaşlı baş komissarı Katrin de Boll təyin edilib. Katrin de Boll əsas vəzifəsinin "Avropol"-un Avropa təhlükəsizliyi sahəsində fəaliyyətinin effektivliyini artırmaq olduğunu bildirib.Yeni icraçı direktor vəzifəsinin icrasına bu il mayın 1-dən başlayacaq və bu postda Rob Ueynraytı əvəz edəcək. "Avropol"-un icraçı direktoru 4 illik müddətə təyin edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar