ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib

ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.

O, "Taliban"da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.

Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri –Gül Məhəmməd və Ustan Yasin də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar