«ABŞ-ın digər dövlətlərin işlərinə qarışması neoimperiya yanaşmasıdır» - Lavrov

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) digər dövlətlərin daxili işlərinə qarışması neoimperiya yanaşmasıdır. Diplomat qeyd edib ki, Rusiya heç vaxt belə işlərlə məşğul olmayacaq.

Sergey Lavrov Zimbabvenin Prezidenti Emmerson Mnanqaqvo ilə danışıqlardan sonra keçirdiyi brifinqdə bəyan edib ki, ABŞ-ın fikrincə, seçkilərə müdaxilə etmək və müxtəlif ölkələrin daxili işlərinə qarışmaq sonuncuların rifahına xidmət edir, əslində isə bu, neoimperiya yanaşmasıdır.

Diplomatın sözlərinə görə, bir Amerika nəşrində yerləşdirilmiş məqalədə Birləşmiş Ştatların uzun müddət ərzində «onlarla və onlarla ölkənin» daxili işinə qarışmasının taixçəsi təsvir olunmuşdu.

«Bu mövzu Amerika KİV-də müzakirə olunmağa başlayanda mən heyrətamiz bir fikirlə qarşılaşdım. Deyilirdi ki, biz amerikalılar bunu həmin ölkələrin rifahı naminə edirik, çünki biz, öz müdaxiləmizlə həmin ölkələrə azadlıq və demokratiya gətiririk (2008-ci ildə Azərbaycanın bir akademiki bunu qloballaşma kimi, ABŞ-ı isə Roma imperiyası rolunda təqdim etmişdi! - red.). Biz, belə fəlsəfəni qəti şəkildə bölüşmürük» - deyə, nazir bildirib.

Lavrov qeyd edib ki, belə yanaşmanı «mütləq neoimperiya» yanaşması hesab edir və Qərb daim Moskvanı belə işlərdə günahlandırmağa çalışsa da, Rusiya heç vaxt buna oxşar işlərlə məşğul olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar