BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub

Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.

"Report" "RİA Novosti"yə xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.

"Şərqi Qutada toqquşmalar davam edir. Hansı ki, son 2 gündə 100-dən çox insanın həlak olduğu bildirilir. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur"-, deyə o bildirib.

O həmçinin bildirib ki, BMT-nin humanitar agentlikləri ərazidə təhlükəli vəziyyətə görə Şərqi Qutada Duma yaşayış məntəqəsinə humanitar yüklərlə dolu avtomobilləri göndərə bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar