Keçmiş deputatdan Vidadi İsgəndərli ilə bağlı çağırış - "Cəzasını alacaq!"

alqish"Yeni Azərbaycan" qəzetinin sabiq baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu mühacir Vidadi İsgəndərlinin "Youtube" kanalı vasitəsilə yayımladığı təhqiramiz videomüraciətlərə əhəmiyyət verməməyə çağırıb. A.Həsənoğlu "AzPolitika.info"ya açıqlamasında belə bir çağırış edib.

Keçmiş deputat deyib: "Vidadi İsgəndərlini əksəriyyət tanımır. O, məşhurlaşmaq, böyümək, özü haqqında cəfakeş obrazı yaratmaq, fəaliyyət hesabına inqilabçı ,vətənpərvər siyasətşi stajı yazmaq istəyir. Bunu isə yalnız bir yolla edə bilər: iqtidar rəsmilərini özünün tərəf-müqabili səviyyəsinə endirməklə.

O, intellektual-mədəni müstəvidə polemika aparmaq iqtidarında deyil. Mən onun son bir neçə çıxışını izlədim. O, orta statistik göstəricilərdən çox-çox aşağı, normal təhsili olmayan, məhdud düşüncə sahibidir. O, ancaq söyə bilər.

Onun söyüşlərini cavablandırmaq onu şərəfləndirmək, haqq etmədiyi mərtəbəyə qaldırmaq deməkdir. Ona bu şansı verməyin! İmkan verin nə qədər istəyir söysün və özünün dediyi kimi, ermənilərdən təşəkkür mesajları alsın.

O ki qaldı onun Dahi Öndərimiz və onun yaxınları haqqında dediklərinə… Heydər Əliyev Azərbaycanın siyasi gücüdür.

Heydər əliyev Azərbaycanın əzəmətidir. Onun ömrü, bioqrafiyası milli mücadilə tariximizin ən zəngin və həlledici mərhələsidir. Heydər Əliyevin adı Azərbaycan tarixinin iftixar və qürur mənbəyidir. Heydər Əliyev Azərbaycan xalqının ləyaqət simvoludur.

Şübhəsiz ki, onun Böyük Adına dil uzadan hər kəs öz cəzasını almalıdır və alacaql!"

V.Nəsibov

635x100

Şərhlər

keçici qırmızı bayraqlar 2018-03-09 12:49:38

Azərbaycanı bu günə qoyanlardan biri də elə Sizsiniz ey keçmiş deputat! .... Azərbaycanlılar döğru söz deyəndə tutub basırsınız dama ya da ki, məcbur edirsiniz ki, qaçsın xaricə. Ey cənabi deputat nə vaxtdan hüquqi müstəvidə polemika aparılıb ki, biz görməmişik....

Filosof 2018-03-09 12:49:38

Alqiw bey! Men de sizin burdaki cixiwinizi izledim. Raziyam ki,terbiyeslik yaxwi bir wey deyil. Semimiyyet insanda en vacib keyfiyyetdir,ister yazida isterse de real heyatda bu gozegorunmez wey hemen hiss olunur! Ola biler Isgenderli sizinle muqayisede soz SERRAFI deyil,jurnalistlik yazi yazmaq xususi bir istedaddir. Bu barede o, size catmaya biler hec wubhesiz. Fikrimce siz bu yazini yazarken "ona bu şansı verməyin"! deyende Isgenderliden daha cox ozunuz ikinci defe bu "WANS"dan behrelenmekde bulmusunuz!!!

NURəddin 2018-03-09 12:49:38

BU adamı SIRAVİ OXUCULAR JURNALİST HESAB EDƏ BİLƏR, AMMA PROFİSSİONAL ARENADA HEÇ KİM ONU ÖZÜNƏ KOLEQA HESAB ETMİRDİ. YUXARIDA DEDİKLƏRİ BELƏ SƏMİMİ DEYİL.

Son yazılar