“PUTİN ÜÇÜN ÜÇ ALTERNATİV” – Zbiqnev Bzejinski yazır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, dünyaca nüfuzlu politoloq Zbiqnev Bzejinski «The Washington post» qəzetində “Ukrayna məsələsində Putin üçün üç alternativ” adlı məqalə ilə çıxış edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir:

Vladimir Putinin Rusiya parlamentindəki triumfal çıxışından üç ay yarım vaxt keçir. O, Krımın ilhaqı ilə əlaqədər olan öz coşğulu çıxışında şovinist əhval-ruhiyyəsi orqiyasından ləzzət alırdı. Putin açıq aşkar şırnikləndirdiyi və əldən buraxdığı bu prosesin hansı uzunmüddətli nəticələr verəcəyi barəsində çətin ki, ciddi şəkildə düşünürdü. Rusiya ilə Ukraynanın gələcək münasibətləri və Rusiya üçün artan beynəlxalq gərginlik fonunda Putin üç əsaslı alternativlə qarşılaşır.

1. O, Ukrayna ilə kompromisə razılaşaraq, bu ölkənin suverenliyinə və iqtisadi imkanlarına hücumu dayandırmaq kursunu götürə bilər. Bunun üçün Rusiya və həmşinin də Ukrayna ilə Qərb tərəfinin müdriklik nümayiş etdirməsi lazımdır. Belə bir kompromis qərar Ukraynanı daxildən destabilizasiya edən Rusiya səylərinin dayandırılması və həmin ölkənin şərqi ilə qərbi arasında anlaşmaya gətirməlidir. Eyni zamanda Rusiya Ukraynanın Avropa Birliyinə daxil olmaq istiqamətində uzun bir yola qədəm qoyması ilə sakitcə razılaşmalıdır. Ukrayna da aydın və dəqiq formada NATO-ya üzv olmayacağı barədə bəyanat verməli, Qərb isə belə bir məsələyə baxmayacağını deməlidir. Bunlardan başqa Rusiyaya açıq şəkildə anlatılmalıdır ki, təxminən SSRİ-ni və Çar Rusiyasını xatırladan “Avrasiya İttifaqına” Ukraynanın daxil ediləcəyinə ümüd bəsləməsin. Ancaq bütün bunlar Rusiya ilə Ukrayna arasında hər iki ölkəyə xeyir gətirən ikitərəfli ticari və maliyyə münasibətlərinə əngəllər törətməməlidir. Vəziyyətdən bu cür çıxış yolunu beynəlxalq ictimaiyyət müdafiə etməli və sanksiyalar ləğv olunmaqla Rusiya ilə daha normal münasibətlərin qurulmasına qayıdılmalıdır.

2. Putin özünün “pis gizlədilmiş” hərbi intervensiyasını davam etdirərək Ukraynanın bir neçə rayonundakı normal həyatı pozmaqda davam edə bilər. Əgər Rusiya irəlidə də bu kursa üstünlük verəcəksə, onda Qərb, Ukrayna suverenliyinin ağır nəticələrinə görə Rusiya əleyhinə uzun müddətli və əsl dağıdıcı sanksiyalar tətbiq edə bilər. Belə bir vəziyyət Şərqi Avropada iki iqtisadi çöküntü yaradacaq: bunlardan biri Rusiyanın destruktiv fəaliyyətinin qurbanı olan Ukrayna, digəri isə Rusiyanın özü olacaq.

3. Putin Rusiyanın daha böyük hərbi potensialını işə salaraq Ukraynaya hücum edə bilər. Ancaq belə hərəkətlər Qərbin təxirəsalınmaz cavab tədbirlərinə əl atmasına və Ukraynanın müqavimət göstərməsinə gətirib çıxaracaq. Əgər bu müqavimət dayanıqlı və fəal olarsa, o zaman NATO ölkələri müxtəlif üsullarla ukraynalılara hərtərəfli yardım göstərəcək. Belə olan halda isə, bu münaqişə təcəvüzkara hədsiz baha başa gələcək.

Sonuncu - üçüncü hal Kreml üçün aşağıdakı nəticələri törədəcək:

Əhalisi 40 milyondan artıq olan ukraynalılar tərəfindən Rusiyaya qarşı daimi düşmənçilik münasibətləri yaranacaq və Rusiya iqtisadi, siyasi izolyasiyaya düşəcək ki, bu da belə böyük ölkədə daxili iğtişaşlara səbəb olacaq.

Ən düzgün yol Rusiyanın Ukraynaya güc tətbiq etməyəcəyini nəzərdə tutan kompromis formulunun tapılmasıdır. Krım məsələsi hələlik həll edilməmış qalacaq. Amma bu şovinist fantaziyasının mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün ən yaxşı yol olmdığını da daima yada salacaq. Elə məhz ona görə də, Putinin hərəkətləri təkcə Qərb üçün deyil, həmçının son nəticədə Rusiyanın özü üçün təhlükədir.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar