GENERALDAN OĞLUNUN RÖYA İLƏ SEVGİLİ OLMASI XƏBƏRİNƏ REAKSİYA - "Oğlumla danışmışam..."+ FOTOLAR

Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı.  Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi

35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi.

"Bizim Yol" yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb. O sayta açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib: "Bu jurnalistlərin işi-gücü yoxdur. Vətəndən, torpaqdan yazın. Bu yalan, cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi, hamı şəkil çəkdirə bilər.

Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.

Mən torpaqlarımızı necə xilas edəcəyimizi fikirləşirəm. Ali Baş Komandanımızın əmrini gözləyirəm. Cənab prezident nə vaxt əmr etsə biz hazırıq. Hazırda ordumuz çox güclüdür, bundan yazmaq lazımdı. Yoxsa, belə mənasız söhbətlər heç kimə lazım deyil".

635x100

Şərhlər

kohne 2018-03-09 14:41:13

Rovshen bu olke ucun ne edib?harani alib?

Ilkin Q. 2018-03-09 14:41:13

Mence Rovsen m.haqqinda bele neqativ movzular haqda yazmaq duzgun deyil.doqrudan bu insan vetenperver insandi.bu cur movzular o insanin dovlet ucun etdiklerini kolge altina sala bilmez.men sexsen bu cur insanlarla fexr edirem.hetta qedrini bilmek lazimdi.

Ilkin Q. 2018-03-09 14:41:13

Mence Rovsen m.haqqinda bele neqativ movzular haqda yazmaq duzgun deyil.doqrudan bu insan vetenperver insandi.bu cur movzular o insanin dovlet ucun etdiklerini kolge altina sala bilmez.men sexsen bu cur insanlarla fexr edirem.hetta qedrini bilmek lazimdi.

Yaralı Araz 2018-03-09 14:41:13

Nədənsə son vaxtlar bu general uşaqları faydalı işdən çox eyş-işlərlə məşğul olurlar, adları ndava-dalaşlarda hallanır. Bir müddət bundan əvvəl bir generalın oğlu avtobus şoferini döyüb təhqir etdi və atasını vəzifədən azad etdilər. İndi isə ......

Hasan 2018-03-09 14:41:13

..... Heç men müğenni Röyanı bu oğlana yaraşdırmıram. Bu bir reallıqdır!

BAKILI 2018-03-09 14:41:13

Yoldaw general siz birinci oglunuzu Royanin caynagindan azad edin .....

ERMƏNİ-XAİESLƏRİN MƏQSƏDLƏRİ: 2018-03-09 14:41:13

MƏQSƏDLƏRİ BİRDİR-TƏŞKİALATLANMAQ!

G.M 2018-03-09 14:41:13

Tələsik oxudum..elə bildim General deyir ki,oğlum cəbhə bölgəsində Röyanın qardaşıyla bir Bölükdə xidmt eliyib.Az qaldım ki, həyəcanlanım.

Nata Şuşalı 2018-03-09 14:41:13

Görünür əmrə işarəni də lazım bilərsə, Roya xanım verəcək?

Son yazılar