“Hər an Afrinin mərkəzinə girə bilərik” - Ərdoğan

“Hər an Afrin mərkəzinə girə bilərik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu indiyə qədər Afrində 3179 terrorçu zərərsizləşdirib: "Bu terrorçular, PKK/YPG-PYD ABŞ-dan maaş alırlar. Biz Türkiyədə Amerika düşmənçiliyi yaymırıq. Biz bunları etmədiymiz halda ABŞ-da Türkiyə düşmənçiliyi baş alıb gedir. Onlar istəyir ki, hamı sussun, yalnız onlar danışsınlar. Ancaq bundan sonra belə olmayacaq. Bizim ilk hədəfimiz dünyanın ilk 10 dövləti sırasına daxil olmaqdır”.

Ərdoğan deyib ki, Afrinin mərkəzi mühasirə vəziyyətindədir: "Evlər bir-bir təmizlənir. Bölgə xalqı terrorçulardan qaçır. Ancaq terrorçular yola mina düzərək onları qətlə yetirir. Bu alçaqların düzdüyü minalara içərisində 30 sərnişin olan yük avtomobilinin düşərək partlaması nəticəsində bir ailədən 3 nəfər olmaqla hamısı həlak oldu. Bu kimi faktlar gün kimi ortadadır. Bu həqiqəti anlamayanlar ya qafil, ya da xaindir. Heç kim heç kimi aldatmasın. Bu gün Afrindəyik, sabah Münbicdə, o biri gün isə Fəratın şərq sahilini terrorçulardan təmizləyəcəyik. Suriyada xalqa yardım etmək istəsəydilər, o zaman həmin bölgələrdə etnik təmizləmə aparmazdılar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar