Qəddafinin 10 milyardı ətrafında müəmma böyüyür

Belçikanın xarici işlər nazirinin aşqlamaları Maliyyə Nazirliyindən təsdiqlənmir

Belçikanın xarici işlər naziri Didye Reynders Müəmmar Qəddafinin idarəçiliyi dönəmində Liviya tərəfindən bu ölkəyə aid “Euroclear” bankına qoyulan 10 milyard avronun yoxa çıxması barədə məlumatları təkzib edib.

"AzPolitika.info"nun məlumtına görə, nazir bildirib ki, dünya mətbuatında bununla bağlı yayılan məlumat cəfəngiyyatdır:  "Əlbəttə ki, söz azadlığı var, lakin mən gözləyirəm ki, məlumat yalandırsa, deməli düzəldilməlidir...”

“Belga” agentliyinə məlumat verən nazir bildirib ki, bu məsələni dövlət səviyyəsinə qədər şişirdənlər anlamalıdır ki, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Təhlilçilər bildirir ki, xarici işlər nazirinin bu açıqlaması Belçika banklarının reputasiyasının qorunmasına hesablanıb.

Məlumatı ilk olaraq yayan Belçikanın “Le Vif” nəşri isə nazirin bu açıqlamasına cavab olaraq bildirib ki, onların hələ martın 2-də Maliyyə Nazirliyinə göndərdikləri sorğuya cavabda 10 milyardın yoxa çıxması təkzib olunmayıb.

Göründüyü kimi, açıqlamalar bir-birini inkar edir və mərhum Liviya liderinin öz adamları vasitəsilə Belçika bankına yerləşdirdiyi ümumilikdə 16,1 milyard avronun taleyi qaranlıq olaraq qalır.

Xatırladaq ki, “Le Vif” nəşrinin bildirdiyinə görə,“Euroclear” bankından 2011-ci ildə BMT-nin qərarı ilə dondurulan 10 milyard avrodan çox Liviya aktivləri yoxa çıxıb. Bildirilir ki, bu vəsait devrilmiş Muəmmər Qəddafinin yaxın əhatəsi tərəfindən idarə olunurdu.

Belçika hökuməti 2017-ci ilin payızında 16 milyard avroya həbs qoymaq istəyəndə bu vəsaitin hesabda olmadığını aşkarlayıb. Məlum olub ki, dörd hesabda beş milyard avrodan bir az çox vəsait var. Belçika Maliyyə Nazirliyindən isə bildirilib ki, vəsait dondurulduğu üçün ona heç kim əl vura bilməzdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar