Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır

stop-nishaniAsfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar