"Sumqayıt" klubunun yeni prezidenti müəyyənləşib

"Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riyad Rasim oğlu "Sumqayıt" Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. Təsisçilərin qərarı ilə o, "Sumqayıt Futbol Klubu" MMC-nin prezidenti təyin olunub.

Qeyd edək ki, Riyad Rəfiyev bu təyinatadək AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru vəzifəsində çalışıb. O, "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyevi əvəzləyib. K.Quliyev fevralın 16-da "Neftçi"yə prezident təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar