Serbiya parlamenti “erməni soyqırımı” layihəsini gündəliyə daxil etməyib

Serbiya parlamenti 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının “soyqırımı” olaraq tanınması haqqında layihənin qurumun gündəliyinə salınmasını rədd edib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu layihəni parlamentə müxalifətdə olan Yeni Partiyanın baş katibi Zoran Zivkoviç təqdim edib.

Layihənin gündəliyə salınması ilə bağlı səsvermədə 139 deputat əleyhinə, 7 deputat isə lehinə səs verib.

Qeyd edək ki, 1915-ci hadisələri ilə bağlı erməni iddialarının “soyqırımı” olaraq tanınması barədə ilk layihə 2010-cu ildə Serb Radikal Partiyası tərəfindən təklif olunmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar