SƏFƏR ƏBİYEV MƏŞHUR TÜRKOLOQDAN YAZDI: "Bağışla ki, səni qoruya bilmədik" +FOTO

Xəbər verdiyimiz kimi martın 7-də tanınmış yazıçı-publisist,  türkoloq və tədqiqatçı, iqtisadiyyat üzrə elmlər doktoru,  tarixi janrda bir çox məşhur əsərin müəllifi,  "Altaydançıxma" nəzəriyyəsinin yaradıçısı Murad Acı (Murad İskenderoviç Acıyev) dünyasını dəyişib. Əslən Kumuq türkü olan Murad Acı 1944-cü ildə Moskvada anadan olmuşdu. "Avropa. Türklər. Böyük çöl.", "Qıpçaqlar. Türklərin və Böyük çölün qədim tarixi.", "Qıpçaqlar. Oğuzlar. Türklərin və Böyük çölün orta əsrlər tarixi." kimi  çoxsaylı əsərlərin müəllifi olan Murad Acının vəfatı ilə bağlı sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Murad Acını sevən digər dostları "AzPolitika.info" vasitəsilə nekroloq yayıblar. Həmin nekroloqu təqdim edirik:

Murad Acını itirdik. Bəli, yaranan bir gün gedəcək. Həyatın fəlsəfəsi, Allahın işi belədir. Ancaq sevimli dostumuzun və bizə görə yeri həmişə görünəcək böyük bir insanın ölümünü belə tez gözləmirdik. Ondaki nikbinlik, yaşamaq həvəsi, yazıb-yaratmaq hissi onu sevən dostlar arasında belə bir təəssürat yaratmışdı ki, xəstəlik Muradı əyə bilməyəcək.

Dogrudan çox istərdik ki, o, hələ yaşasın və qədim türk tarixinin üzərinə işıq salacaq yeni-yeni əsərlərlə bizləri sevindirsin. Onun elmi baxışları və tədqiqatları o qədər zəngin və tutarlı sübutlara əsaslanan elə bir xəzinə idi ki, onları özü ilə əbədiyyətə aparması ilə barışmaq çətindir.

Qədim türk tarixindən söhbət düşərkən Murad Acını sanki Altaylardan tutmuş Balkanlara qədər - türklüyün böyük ərazisinin yorulmaz yolçusu kimi görürdük. Yəqin ki, Murad Acının ardıcılları onun bu müqəddəs işini yarımçıq qoymayacaqlar.

Muradın yoxluguna çox üzülürük. Onunla dostlugumuz 90-cı illərə gedib çıxır. Özümü çox xoşbəxt hiss edirəm ki, belə böyük və müdrik insanla aramızda qırılmaz bir körpü yaranmışdı. Bu yaxınlıq hər şeydən əvvəl mənəvi bir baglılıga, əvəzsiz dostluga söykənirdi. Unudulmaz qələm və təfəkkür sahibinin maraqlı söhbətləri, qədim türk tarixinə dair yeni araşdırmaları bizim üçün unudulmaz bir həyat səhifəsidir.

Səhv etmirəmsə, 1995-ci il idi. Murad Acının türk tarixinə aid çox fundamental yeni bir əsəri çapdan çıxmışdı. Kitabın bir neçə nüsxəsini mənə və onu sevən dostlara göndərmişdi. Birlikdə oxuduq, belə qərara gəldik ki, əsərin Azərbaycanda yayılmasına ciddi ehtiyac vardır. Ona görə də, həmin kitabı çoxlu sayda Bakıya gətizdirdik və elmi müəssisələrdə, ali məktəblərdə yayılmasına nail olduq.

Murad Acı böyük alim və türkçü oldugu qədər həm də sözün əsl mənasında böyük insan idi. Onunla keçirdiyimiz günləri, maraqlı söhbətləri unutmaq bizim üçün olduqca çətindir.

Əziz dost, çox tələsdin! Buna görə üzgünük. Bağışla ki, səni qoruya bilmədik.

Allahdan sənə rəhmət diləyirik. Əziz ailənə səbr və dözüm arzulayırıq. Səni sevən dostların yaddaşından heç zaman çıxmayacaqsan. Əlvida əziz dost, əlvida!

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Murad Acını sevən digər dostlar!

635x100

Şərhlər

Namiq 2020-07-07 04:03:57

Allah rəhmət eləsin

Tural 2018-03-09 21:04:44

Evvela butun Turk dunyasina salamlar! Biri mani basa salsin. Sefer Abiyev milliyatca qeyri-turk bilmisam.Tabii ki Azerbaycanda butun millatlar qardas kimi yasayiblar Insaallah axirata qadar da bela olacaq.Sadece hacandan turksevar olub.Haqiqatan da man cox istardim ki yanilim .

t.ədalət 2018-03-09 21:04:44

Das-a: Səfər Əbiyev dövrü müdafiə nazirliyinin tənəzzül dövrü,türk soylu zabitlər üçün cəhənnəm zamanı idi.......İrəli çəkdiyi ,general verdirdiyi Yaşar Aydəmirovun və digərlərinin komandanlıq etdiyi hissələrdə maliyyə oğurluğu,şəxsi heyətin boş yerə itkisi hamıya məlumdur.S.Əbiyevin əməlləri onun müsəlman ad-familyalı bir rus zabiti olduğunu göstərir............

G.M 2018-03-09 21:04:44

Allah rəhmət eləsin..Ancaq S.Əbiyevin ``yazı yazmasına`` bir balaca şübhəm var.Yazdırda bilər.

TURAN 2018-03-09 21:04:44

Allah sənə rəhmət eləsin böyük insan.Bizimkini bizə qaytaran insanlığa naxış insan.Yerin daim görünəcək.Bütün türk dünyasına,yaxınlarına başınız sağ olsun deyirəm.Yerin cənnət olsun deyirəm.Amin.

Əziz 2018-03-09 21:04:44

Mən bu rəhmətlik haqqında az bilirdim,Nikrolokdan hiss etdim ki, o bizim böyük Cavid ruhunda olub.Daha döğrusu "klan" ziyalısı olmayıb.Allah ona qəni-qəni rəhmət etsin!

Fuad 2018-03-09 21:04:44

Səfər əbiyevin belə bir mövqeyi çox maraqlıdır

Das 2018-03-09 21:04:44

Keçmiş bəzi adamlar və ans, mirsahinkimilər fəsiləsi ona qarşı çox alçaq və çirkin və sifarişli kompaniya aparırdılar. Bilmədiyin şeydən danışma özü yalan.

Das 2018-03-09 21:04:44

T.ədalət. sən niyə yalan danışırsan. O əsil mudafiə naziri idi və çox iş görmüşdür və sən dərk edə bilməzsən

Fəradi 2018-03-09 21:04:44

Moskvada doğulub Böyük Türk tarixinin şanlı səhifələrini yazmış Murad Acıya ALLAH-dan rəhmət diləyirəm.Bu tarixçini o boyda sovet və şovinist rus rejimlərləri susdura bilməmişdir.Hər zamanın iqtidarına yarınan bizim tarixçi və ziyalılarımıza böyük örnək.Hamımız bu dünyada qonaqıq.Səhv etmirəm V.Səmədoğludan eşitmişəm, kaş atamın daxılından çapa getməyən, ürəyinin səsi ilə yazılmış yazıları da çıxaydı.Böyük türk tarixçisi Murad Acıının xatirəsi qarşısında baş əyirəm və ALLAH-dan rəhmət diləyirəm.

Taliw 2018-03-09 21:04:44

sefer ebiyevin nazir olduqu zaman ermeniye güllə atdiqina gore pulu zabitin maawindan tuturdu...onun zamanı general Fikret Memmedov müəmmalı şəkildə öldü, general Qabil Memmedovu ve admiral Rafiq Esgerovu ordudan qovuldu, herbi alim Canmirze Mirzeyi hebs olindu.....

t.ədalət 2018-03-09 21:04:44

Sabiq müd.naziri,istefada olan general-p/k Səfər Əbiyevin türkçülüyə sevgisini anlaya bilmədim.Nazir işlədiyi dövrdə türk kökənli zabitləri təqib edir,onların karyerasını dayandırırdı.Onun mənə" Ya tebya dam Azerbaydjanskiy armii,armiya polojna tolka dlya russkim"-dediyi də yadımdadır...

Shahin 2018-03-09 21:04:44

Turkun boyuk oglu oldu. Min heyif sende Murad bey. Sen Sabir, Celil Memmedguluzade, kimi oz xalgini ve butun turku sevirdin.

Abit 2018-03-09 21:04:44

Allah rehmet elesin.

Mirzə AĞ 2018-03-09 21:04:44

Allah rəhmət eləsin! Böyük insan, istedadlı və cəsarətli alim idi - kisəmizdən getdi...

Rövşən Hacıyev 2018-03-09 21:04:44

Allah rəhmət eləsin..! Ümid edirəm ki, başsaglığı verənlərin sayı iki nəfərdən çox olacaq... Bu bir mənəvi borcdur..!

Son yazılar