Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdı- Əyalətin 60 faizi silahlılardan təmizləndi

Türkiyə ordusu Suriyanın Afrin əyalətinin eyni adlı mərkəzinin yerləşdiyi rayona daxil olub. Anadolu Agentliyinin məlumatına görə, Şavariqat əl-Caviz və Mələkiyə kəndlərini YPG-dən təmizləyən ordu qüvvələri Afrin rayonuna daxil olub. Bundan başqa Türkiyə ordusu Halobu kəndi və eləcə də Afrin və Azez şəhərini su ilə təmin edən 17 aprel su anbarını azad edib.

Türkiyə Silahlı Qüvvələri bəyan edib ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 20-dən bu günə qədər 3171 terrorçu zərərsizləşdirilib. Rəsmi açıqlamada bildirilir ki, əməliyyat başladıqdan bu günə qədər Türkiyə ordusu və ASO birləşmələri Afrində 5 bələdiyyə mərkəzi, 124 kənd, 31 mühüm əhəmiyyətli nöqtə olmaqla ümumilikdə 161 bölgəni nəzarətə götürüb.

Картинки по запросу Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdı,

Qeyd edək ki, ordunun rəsmi məlumatında qeyd olunur ki, YPG və PKK hazırda əsas qüvvələrini, müdafiə xətlərini və səngərləri Afrinin mərkəzinə toplayıb. Bundan başqa terrorçular Afrinin mərkəzindən Suriya hökumətinin nəzarətində olan bölgələrə getmək istəyən dinc əhaliyə mane olur, onların qarşısını alır.

İnteraktiv xəritələrdən məlum olur ki, Türkiyə ordusu və müttəfiqləri hazırda Afrinin mərkəzinə bir neçə km məsafədədir. Ehtimal ki, bir sonrakı hədəf olaraq Afrin uğurunda döyüşlər başlayacaq. Yeri gəlmişkən, bir gün əvvəl Afrin yaxınlığında ən böyük yaşayış məntəqələrindən biri olan Cinderes şəhəri PYD/YPG-dən təmizlənib. Ümumilikdə isə Afrin ərazisinin 60 faizinin nəzarətə götürüldüyü bildirilir. Ümumilikdə 6 bələdiyyə mərkəzi və 300-dən çox kəndin yerləşdiyi Afrində hazırda kəndlərin yarısı təmizlənib. Türkiyə ordusunun məlumatına görə, ordu qüvvələri hazırda Afrinin sonuncu Mabadlı bələdiyyəsini azad etməyə hazırlaşır. Mabadlı alındıqdan sonra Afrin yolu tamamilə açılacaq və yeganə hədəf Afrin olacaq.

Картинки по запросу Türkiyə ordusu Afrinin mərkəzinə yaxınlaşdı,

Ancaq Türkiyə ordusunun məlumatları və son günlərdə ABŞ ordusunun yaydığı məlumatlardan belə aydın olur ki, kürdlər Afrində müdafiəyə hazırlaşır. Xatırladaq ki, Pentaqon bəyan edib ki, kürd silahlıları Suriyanın şərqindəki İŞİD-lə cəbhəni tərk edərək Afrinə gedir. Üstəlik dinc əhalini Afrində saxlayan YPG silahlıları bununla hücumun işini çətinləşdirməyə çalışacaqlar. Türkiyə ordusunun yaydığı məlumatlardan belə aydın olur ki, kürdlər geri çəkilərək Afrində ciddi müdafiə xətti yaratmağa çalışırlar. Bu səbəbdən də hazırda Türkiyə ordusu birbaşa Afrinə hücum etmir, ətraf bələdiyyələri tamamilə ələ keçirərək Afrini tamamilə mühasirəyə almağa, sonda buraya hücum etməyi planlaşdırır.

Ərazinin mürəkkəb relyefi, dağlıq şərait, kürdlərin bölgəni yaxşı tanıması, Afrində hələ də çoxlu sayda mülki əhalinin qalması bu şəhərin ələ keçirilməsinin çətin olacağını göstərir. Üstəlik mülki əhalidən itkilərin olması Qərbin Türkiyəyə təzyiqləri artırmasına səbəb ola bilər. Burada daha bir mühüm məqam Suriya hakimiyyətinin mövqeyi olacaq. Ötən həftə Suriya hökumətinə bağlı silahlı qrupların Afrinin mərkəzinə daxil olması ilə bağlı xəbərlər yayıldı. Daha sonra Türkiyə ordusunun Afrinin mərkəzinə gedən hökumət tərəfdarı silahlı qrupu atəşə tutduğu və 50-dək silahlının ölməsi barədə məlumatlar yayıldı. Afrində Türkiyə ordusuna qarşı Suriya hökumət qüvvələrinin müdafiəyə qoşulması Afrin uğurunda mübarizəni uzada bilər.

Картинки по запросу afrin operasyonu

Əslində hazırda Türkiyə ordusu qarşısına qoyduğu məqsədə nail olub. Türkiyə-Suriya sərhədində 30 kilometrdən çox içəriyə doğru irəliləyib. Yəni hazırda faktiki olaraq Türkiyə-Suriya sərhədi Afrin vilayətində tamamilə Türkiyə ordusunun nəzarətindədir və kürdlərin sərhədə təsir imkanları qalmayıb. Ancaq görünür ki, Ankara Afrini kürdlərdən təmizləməklə onları bu bölgədən uzaqlaşdırmaq və növbəti addım olaraq Menbicdə əməliyyata başlamağı düşünür. Çünki Afrin alınmadığı təqdirdə Menbicdə əməliyyatın başlaması real deyil. Bu səbəbdən də Türkiyə ordusu daha da irəliləyib Afrini bütövlükdə azad etmək və növbəti addıma, yəni Menbicə hücuma hazırlaşacaq. Maraqlıdır ki, kürdlər də eyni səbəbdən Afrin uğurunda ciddi müdafiəyə hazırlaşırlar.

Çünki YPG rəhbərliyi də yaxşı anlayır ki, Afrini itirdikdən sonra Menbici müdafiə etməli olacaqlar. Bu səbəbdən də indi Afrin hər iki tərəf üçün həyati əhəmiyyətli məsələyə çevrilib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar