Türkiyədə dəhşətli hadisə - Qardaşını və 4 oğlunu öldürdü

Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda dəhşətli hadisə baş verib.

BakuPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kazım Qarabəkir məhəlləsində qeydə alınıb.

Belə ki, İlhami Yılmaz adlı şəxslə taxta satdığı iş yerinə gələn qardaşı oğlu arasında mal bölgüsü səbəbindən mübahisə düşüb.

Qardaşı oğlu külqabını onun başına vurub və aralarındakı dava böyüyüb. Bundan sonra hadisə yerinə İ.Yılmazın qardaşı, üç oğlu və üç nəvəsi də gəlib. Bir anda 8 nəfərin üzərinə gəldiyini görən İ.Yılmaz onları silahla dayandırıb. O, qardaşı və 4 oğlunu öldürüb, 3 nəvəsini isə yaralayıb.

İ.Yılmaz isə ayağından yaralı halda qaçmağa cəhd edərkən polislər tərəfindən yaxalanıb.

Məlumat üçün bildirək ki, İ. Yılmaz AKP-nin eks bələdiyyə sədridir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar