ÖLKƏYƏ BUĞDA İDXALI 60, ƏT İDXALI 50 FAİZ ARTIB -  Nazir isə inkişafdan danışır

Azərbaycana yeyinti məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2017-ci ilin 2 ayında 179 milyon dollar olmuş yeyinti məhsulları idxalı 2018-ci ilin eyni dövründə 206,7 milyon dollara yüksəlib.

Azərbaycana şəxər idxalı xaric, ət, süd, kərə yağı, çay, buğda və bitki yağları idxalı artıb.

2017-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə 2018-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə
Yeyinti məhsulları, 178 978.71 206 744.5
Ət 6 025.19 8 789.79
Süd 1 354.13 1 653.72
 Kərə yağı və süddən hazırlanmış digər yağlar 8 483.81 9 876.09
Meyvə-tərəvəz, ton 25 169.59 29 546.41
Çay 6 523.09 9 472.93
Buğda 23 609.65 37 843.92
Bitki və heyvan mənşəli piylər və yağlar  14 546.66 23 444.17
Şəkər 25 818.86 7 518.4

"Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb (?!-müəl.), ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib". Bu sözləri isə kənd təsərrüfatı naziri Heydər Əsədov bu yaxınlarda Nazirliyin struktur bölmələrinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındakı çıxışında deyib. Maraqlıdır, əgər kənd təsərrüfatı məhsullarının idxalı ildən-ilə artırsa, nazir hansı inkişafdan, hansı uğurdan danışır?

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

KƏNDÇİ 2018-03-10 11:58:13

..... YAXŞI ÇOBAN OLAR.

Bioloq 2018-03-10 11:58:13

Eger bir nazir ------- uzvi gubreye, ulvi gubre deyirse, onda bu gune de Sukur etmeliyik. Yeri gelmisken butun dovlet strukturlari hamisi bele gulunc gundedi. Gorunen kende beledci lazim deyil!

Fikret 2018-03-10 11:58:13

Mən şəxsən bu idxal göstəricilərinə inanmıram. Yəqin ki, bu yanlış göstəricilər tezliklə hörmətli S.Novruzov tərəfindən təkzib ediləcək.

Baytar 2018-03-10 11:58:13

Başlıqdakından qeyri rəqəmlər idxalın miqdarını göstərmir. Kakadu xorunu sevən mentalitetimiz(şərhlər) isə, adəti üzrə müstəqil ərzaq təminatı təklifləri əvəzinə yıxılma ehtimallı vəzifəlini baltalamağa çalışır. Kənd təsərrüfatı MM komitə sədri E.İbrahimov və PA İqisadçısı Ə.Əsədovun daimi preoroqatividir!

Kamil Vəzirov 2018-03-10 11:58:13

Kənd təsərrüfatı anlamayan adamın belə populist çıxışı heç kimi narahat etməsin.Belə çıxışlar digər strukturlardan da eşidilir.Boş sözlərlə özlərini mühafizə edirlər.Əfsus ki, bəziləri bunlara nəyinsə hesabına dözür.Nəticə sahə batır,tənəzzül edir,bazar bahalaşır,insanların vəziyyəti pisləşir, ölkə iqtisadiyyatı zəifləyir.Gur səslərlə inkişafdan daçışanlar çevrilib real vəziyyətə baxmırlar. Ölkədə kadr siyasəti iflas edib.Kadrlar itaət,yerlilik,qohumluq prinsipinə görə seçildiyindən belə vəziyyət yaranıb.

Bashirov Qarib 2018-03-10 11:58:13

Yalnız öruşə yararlı yerləri şumlayib hay- kuylə pambıq əkəndə, yonca əkininin suyunu qesdən kəsib onu məhv edəndə, yararsız gubrə və dərman gətirib əkinçiyə od qiymətinə sırıyanda, əkinçiliyi məhv etməyi qarşıya məqsəd kimi qoyanda, olub olacagi da belə olar.

t.ədalət 2018-03-10 11:58:13

Heydər müəllim kənd təsərrüfatı naziri kimi dövlətdən maaş alır.Nə işlə məşğul olduğunu isə, ancaq özü bilir..

hərbi pensiyaçı 2018-03-10 11:58:13

.... üzvi gübrəyə ülvi deyən, yoncanı çayırdan ayıra bilməyən bir adamın rəhbərlik etdiyi kənd təssərrüfatı belə də olmalıdır. başları qarışıb dövlət pulu ilə alınmış bitki dərmanlarının və gübrələrin 5 qat baha satılmasına.sonrada deyiurlər bahalıqdı inkişaf yoxdur. belə şəraitdə bəs necə olmalıdır?

G.M 2018-03-10 11:58:13

Heydar mallım ``ülvi`` duyğularla yaşayan,Kənd təsərüfatının nə olduğunu ağızlardan eşidən,mükəmməl bicliklərin müəllifi olan kadrlardandır.

Son yazılar