“MƏNİ TƏHDİD EDİRLƏR...” - Prezidentin köməkçisindən diqqətçəkən açıqlamalar

"Frankfurta çatan kimi pasportlarını əllərindən alırlar"

Jurnalistlərin bu gün keçirilən 7-ci qurultayında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra diqqətçəkən açıqlamalar verib. O, çıxışında jurnalistlərin təkliflərinə münasibət bildirib, həmçinin bəzi aktual məsələlərə dair fikirlərini açıqlayıb. Prezidentin köməkçisi medianı fəallığa səsləyib:

“Bu gün burada səsvermə keçirildi. Özünüz gördünüz... Bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri bu qurultay haqqında, burada seçiləcək yeni heyət haqqında, sizin jurnalist fəaliyyətiniz haqqında mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun, yaxud da xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri, Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.

Ə. Həsənov çıxışında ədəbi dil normalarının pozulması hallarından da danışıb: "Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir. O, milli-mənəvi dəyərləri bilməyən adamlara təssüf edirəm. Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız”.

Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər. Belələri xarici kəşfiyyatların təsiri altına düşmüş adamlardır: “Bilirsiniz, belələri Frankfurta çatan kimi onların pasportlarını alır, yekə bir öhdəliyə imza atdırıb, deyirlər ki, bundan sonra biz nə desək, onu edəcəksiniz. Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir. Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. “Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.

635x100

Şərhlər

vətəndaş 2018-03-10 16:35:50

Məmurlar biz yetimlərə də imkan versinlər yaşamağa.20 faiz məmurlar 80 faiz əhalinin payını malını torpağını pulunu işini mənimsəyib. Yad kimsəsiz krışasızLAR bu ölkədə insan kimi yaşamağı mümkün deyil. Ərzaq da bunların əlindədir.Əhali intihar edir,özünü yandırır, körpüdən atır,özünü asır,cinayət edir.Çünki bunlar yeyir dağıdır ölkəni Milli sərvəti,kasıbların axırıncı loxmasını da korrupsiya və başqa yollarla alırlar.Bu qədər milləti atmaq olmaz axı.İnsanda az da olsa vicdan olar. ALLAH GÖTÜRMƏZ.

Vətəndaş 2018-03-10 16:35:50

Bu məmurlar ölkəni özəlləşdiriblər. Vəzifə bunların,iş,pul,biznes bunların və bunların yaxınlarının. .... Milyardları da bu qruplaşmalar atıblar,büdjeti də bunlar bölüşdürüb yeyirlər. Böyük bank Kreditləri də məmurlara verilir və atırlar yatırırlar xarici ölkələrə. Şəhərdə bütün obyeklər də bunlarındır. Pod obyekt torpaqlar ancaq məmur və deputatlara verilir. Hət şey bunlarındır. Mən bir vətəndaş kimi istəyirəm PREZİDENTİMİZ mən yazdıqlartımı oxusun. ...

Vüqar. Yeraz 2018-03-10 16:35:50

9 milyonlyk xalq İlham Əliyevden başqa bütün nazur ve deputatların istefasını isteyir. 3 neferden başqa bunlar İlham Əliyev, Zakir Hesenov ve Meded Quluyev, qalanları istefa

QƏMKEŞ 2018-03-10 16:35:50

ƏLİ HƏSƏNOV İCTİMAİ SİYASİ ŞOBƏ VƏ MƏTBUAT. NECƏDƏ GOZƏL SƏSLƏNİR. NİYƏ CUNKİ BU MUHİT YOXDU AXİ...USDƏGƏL AMAŞOV QAĞA. OY DƏRDİN ALEM. HEC OLMASA GUNEŞLİDƏKİ YATAQXANADA QALDİĞİN OTAXA GƏL ƏLLİ VURAQ AYƏ...

Keçmiş yazar 2018-03-10 16:35:50

“Bunun nəyi pisdir?”....icazənizlə deyim!!! O pisdir ki, Sizin jurnalistlər ordusunda Rusiya XİN sözçüsünün qabağında söz deyə biləcək jurnalist yoxdur və yetişmir, belə mühitdə yetişədə bilməz!!! Düşmənlərimizin min bir yazıları, çıxışları qabağına çıxa biləcək, əsaslandırılmış yazıları ilə hətta MDB məkanında çıxış edə biləcək jurnalistimiz yoxdur!!! Məddah və xidmətdə duran jurnalistikanın nəyi yaxşıdır???

bisavad 2018-03-10 16:35:50

Mən jurnalistlərin VII qurultayının keçirilməsini alqışlayıram.Ancaq bir xahişim var. Azərbaycan Respublikasının işsiz vətəndaşlarının qurultayıni da keçirəsiniz.

İsa 2018-03-10 16:35:50

Azərbaycanda jurnalistlər müxtəlif yollarla tam neytarallaşdırıblar. Hədə-qorxu,türmə,pul,mənzi və sair. Öz fikri yazan yunalist poçti yoxdur. Bu çox təhlükəli bir olaydır.

hop-hopnamə 2018-03-10 16:35:50

"Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb (məqalədən sitat)". Tamamilə düz buyurursunuz. Kürdəxanı uzununa qaçış və yana tullanma idman-cəzaçəkmə kompleksində. Əgər qurultaydakı hurrey alqışı vuranları nəzərdə tutursunuzsa onlar hamısı ələ baxımovskilərdir və heç kim onları ciddi qəbul etmir. Hakimiyyətdəkilərin pafoslu bir ifadəsi var:Milli-mənəvi dəyərlər. Bu çox güman ki, opnlar üçün büdcəni talan etmək anlamıdır.

Son yazılar