Rusiyadan Ərdoğana dəstək – Dünya “beşdən” böyükdür

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahata ehtiyacı olduğunu və edilən təklifləri dəstəklədiklərini bildirib.Axar.az xəbər verir bu barədə “Sabah” qəzeti informasiya yayıb.

Afrika səfəri zamanı Efiopiyada Afrika Birliyi Komissiyasının sədri Musa Fəqi Məhəmmədlə görüşən Lavrov İE olan ölkələrin BMT-də yer almalarının vacibliyini deyib. O, bu mövzuda fərqli təklifləri düşünməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması gərəkdiyini vaxtaşırı olaraq dilə gətirir.

635x100

Şərhlər

Mühəndis B. 2018-03-10 20:44:40

Azərbaycanda KİMinsə S.Lavrova peşə simpatiyası görünür. Qarabağ işğalını Qərbdə (millətçi ermənidən qeyri) heç bir qurumun dəstəkləməsinə əsas olmayıb və uydurma səbəb də qalmayıb. Kremlin hərbi müttəfiqi İrəvana verdiyi silahlar isə Qarabağa göndərilir və Azərbaycana tuşlanır. Gücləndirilən Gümrü bazası da yaranandan Türkiyəni hədəfə alıb. Hakimiyyət dostluğundan istifadə edən XİN Efiopiyada da Azərbaycanı qabaqlayıb.

Son yazılar