Tillerson Obamanın ata vətəninə getməkdən imtina etdi

ABŞ dövlət katibi Reks Tillerson eks-prezident Barak Obamanın ata vətəni Keniyada şənbə gününə planlaşdırılan görüşünü ləğv edib.Axar.az xəbər verir ki, "Assoşieyted Press"in məlumatına görə, buna səbəb Tillersinin səhhətində yaranmış problemdir.

"Tillerson uzun iş günündən sonra özünü pis hiss edir. Lakin onun xəstəliyi ciddi deyil. Bəzi planlaşdırılmış tədbirlər növbəti günlərə salına bilər", - məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Tillersonun 6-13 mart tarixlərində Afrikaya səfəri zamanı Çad, Cibuti, Efiopiya, Keniya və Nigeriyanı ziyarət edəcəyi barədə xəbər yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar