“RUS AYISI” ÖZÜNÜN İTİ DIRNAQLARINI GÖSTƏRİR! - Putinin əlindəki möcüzə silah nədir?

Vladimir Putin özünün xalqa builki ənənəvi müraciətindən seçki kampaniyası kimi istifadə etdi. O, böyük taxıl ixracından, Krım körpüsünün tikilməsindən, ölkədəki yoxsulluğa qarşı mübarizənin inkişafından danışdı. Lakin Qərbdə Rusiyanın yeni silahının təqdimatı daha çox diqqət çəkib. O silah ki, guya ona qarşı heç bir müdafiə yoxdur.

Ekspertlər arasında bu, böyük təəccüb doğurmayıb. Çünki Rusiyanın belə bir silah üzərində işlədiyi öncədən də bəlli idi. Amma bəzi şeylər yeni idi: internetə sızmış “dünyanın sonu” ”Status-6” torpedosunun şübhəli fotoşəkilləri ilə Rusiya prezidentinin həmin sistemin sınağı barəsində söylədikləri arasında böyük fərq var.

Əgər, hətta söhbət əsas etibarıyla seçki kampaniyasının dəstəklənməsindən gedirsə də, hər halda təqdim edilən möcüzə-silaha diqqətlə yanaşmaq lazımdır.

- “Sarmat” qitələrarası raketi

“Sarmat” (RS-28) Qitələrarası Ballistik Raketi – məlum bir sistemdir və o, keçən ilin sonunda sınaqdan keçməliydi. Yeni raket SSRİ dövrünün köhnə raketlərini əvəzləyəcək. Amma “Sarmat” hansısa yeni reketdən daha çox əhəmiyyət kəsb edir. Çünki raketin böyük uçuş məsafəsi var və o, ABŞ-a təkcə şimal qütbündən deyil, həm də cənub qütbündən də hücum edə bilər. Bundan başqa, guya ki, “Sarmat” ABŞ Raket Əleyhinə Müdafiə sistemini aldada biləcək və ondan yan keçə biləcək mürəkkəb avadanlıqlarla təchiz olunub.

Həmçinin, belə güman edilir ki, bu raket özündən əvvəkilərlə müqayisədə daha sürətli start götürür. Bildirilir ki, ”Sarmat” adi döyüş başlıqları deyil, hipersəs döyüş başlıqları daşıyacaq. Çox sürətli “Ю-71” glayderi “4202 layihəsi” adı altında işlənib hazırlanıb. ”Sarmat”ın hədsiz sürətli uçuşu və öz kursunu dəyişə bilmək qabiliyyəti hal-hazırda onun yaxalanmasını mümkünsüz edir.

- “Kinjal” hipersəs kompleksi

Hipersəs silahları səs sürətindən dörd-beş dafə daha iti uçurlar və bu günkü silhlanma yarışı üçün əsas texnologiya sayılırlar. Gəmilərdən buraxılan və sınaqdan keçirilmiş məlum ”Çirkon” raketi ilə yanaşı Putin “Kinjal” raket kompleksini də təqdim edib. Bu silah “MiG-31” qırıcı-tutucu təyyarəsi tərəfindən buraxılır. Videoda görünür ki, bu raket artıq silahlı qüvvələr tərəfindən sınaqdan keçirilib.

“Kinjal” raketinin üstünlüyü onun yerdən və ya hansısa meydançadan deyil, ucan qırıcı təyyarədən buraxılmasıdır. Start sürətinin yüksək olması dəqiq hədəfli hipersəs hava-reaktiv mühərrikinin konstruksiyasının problemlərini yüngülləşdirir. Yüksək sürət dedikdə, burada söhbət saatda 12 min kilometr sürətdən gedir. Manevrlərlə yayınmaq qabiliyyəti “Kinjal”-ın Hava Hücumundan Müdafiə raketləri ilə vurulmasını mümkünsüz edir. Sistem ənənəvi və ya nüvə başlıqları ilə təchiz edilə bilər. Ondan düşmən ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı istifadə etmək olar.

- “Məşhər günü” torpedosu

“Status-6” pilotsuz atom sualtı qayığının ilk şəkilləri 2015-ci ilin sonlarında mobil telefonlarda peyda olmuşdu. Prinsip etibarıyla sistem 24 metr uzunluğundakı nəhəng torpedonu xatırladır. Öz nəhəg ölçülərinə baxmayaraq, ”Status-6”-nı sualtı qayıqlardan da buraxmaq olar.

Bu silahın xüsusiyyəti onun on min kilometrə qədər məsafələri qət etməsi və çox yüksək sualtı sürətidir. Bildirilir ki, onun sürəti saatda 100 kilometrdən 185 kilometrədək çata bilər. Min kilometrədək dərinə dalma imkanları nəzərə alınsa, onda deyə bilərik ki, hal-hazırda “Status-6”-nı dayandırmaq mümkün deyil. Qərbdə qorxurlar ki, bu supertorpedo hidrogen bombası ilə təchiz edilə bilər. Onun partlayışı ABŞ sahillərini dağıda biləcək meqa-sunamı törədər.

- “Avanqard” raketi

Putinin hipersəs arsenalında olan daha bir raket ”Avanqard”dır. Start sürətləndiricisi qlayderi atmosferin yuxarı qatlarına çatdırır və o oradan səs sürətindən 20 dəfə artıq sürətlə yenidən geriyə Yer kürəsinə qayıdır. Onun öz kursunu qəfildən dəyişməsi və yüksək sürəti raketin yaxalanmasını mümkünsüz edir. ”Avanqard” raketinin səthi atmosferdə iki min dərəcəyədək qızır.

Bu barədə Putin deyib: “O, hədəfə doğru meteorit, odlu kürə kimi gedir”. Rusiya prezidentinin və digər rəsmi şəxslərin sözlərinə görə, artıq ”Avanqard”ın istehsalına başlanılıb.

- Qanadlı nüvə raketi

Ən böyük gözlənilməzlik nüvə enerji qurğulu qanadlı raketlər barəsində deyilənlər oldu. Bu silah da həmçinin hədsiz sürətli və yüksək manevr qabiliyyətli olmalıdır. Və beləliklə, o, düşmənin hava hücumunu keçməlidir. Nüvə qurğusu sistemə praktik olaraq məhdud fəaliyyət uzaqlığı verəcək. Futuristik eneji qurğulu bu silah barəsində ilk öncədən heç nə bəlli deyildi. Rusiya tərəfi bu sistemin uğurla sınaqdan keçirildiyini bildirsə də, Qərb mütəxəssisləri buna şübhəylə yanaşırlar. Onilliklər ərzində enerji qurğusunun bu forması haqqında heç nə eşidilməyib, amma 60-cı illərdə bu istiqmətdə müvafiq tədqiqatlar aprılıb.

- Bu nə qədər təhlükəlidir?

Bu silahlar nə qədər təhlükəlidir? Qısa cavab: çox təhlükəlidir! Düzdür, bu sistemlərin köməyi ilə Rusiya dünya üzərində hakimiyyət əldə edə bilməz, lakin hər halda indi Moskva istənilən münaqişədə ABŞ-la qarşıdurmaya gedə bilər.

Rusiyanın Amerikanın raket əleyhinə qalxanını yarıb keçmək üçün yollar axtarması yeni bir şey deyil və Kreml tərəfindən dəfələrlə bu barədə danışılıb. Əgər hesab etsək ki, Amerikanın raket əleyhinə qalxanı hansısa İran raketinə qarşı yox, Rusiyaya görə quraşdırılıb, onda qeyd etmək lazımdır ki, Rusiyanın strateji arsenalını neytrallaşdırmaq istiqamətində Vaşinqtonun baha başa gələn cəhdləri uğursuzluğa düçar olub. Öz növbəsində Rusiyanın hücum edən raketləri yaxalamaq imkanları çox yüksəkdir. 2020-ci ilədək Moskva ətrafında “S-500 Prometey” zenit-raket sisteminin dörd batareyası quraşdırılacaq.

- Bu silah ABŞ-a əngəl törədir

Rusiyanın uzaq məsafələri qət edə biləcək hipersəs silahından geniş miqyasda istifadə etmə xüsusiyyəti hamını narahat etməklə yanaşı, həm də bu istiqamətdə onu irəliyə çıxarır. Bu raketlərin istismara nə zaman hazır olacağına və ya nüvə enerji qurğulu raketlərin yaradılmasının ümumiyyətlə mümkünlüyünə şübhə etmək olar. Amma “Kinjal” raketi və “Avanqard” kompleksi öz- özlüyündə hədsiz təhlükəlidirlər.

“Kinjal” kompleksinin fəaliyyət məsafəsinin uzunluğu iki min kilometrdir və o, praktik olaraq ABŞ-ın Anti-Acces, Area-Denial (A2/AD) zonası üçün heç bir yer buraxmır. Və ya başqa sözlə desək, ABŞ özünün baha başa gələn nüvə silahı daşıyıcılarının müdafiəsi üçün sürətli əks-tədbirlər işləyib hazırlamalıdır. Çünki hal-hazırda onlar ovucun içində kimi görünürlər.

Keçən il Rusiyanın silah ixracındakı mövqeyində əhəmiyyətli dəyişiklər olduğu müşahidə edilib. Yaxın keçmişdən fərqli olaraq, indi Kremlin “S-400” Hava Hücumundan Müdafiə sistemləri kimi müasir silahları satması, onun valyutaya nə dərəcədə ehtiyacı olduğunu göstərir.

Əgər Putin özünün hipersəs silahını satışa çıxararsa, onda onun yayılması dünyanın hər yerində ABŞ-ın öz hərbi qüdrətinidən istifadə etmək qabiliyyətini əhəmiyyətli şəkildə azaldacaq.

(“Stern”-Almaniya)

635x100

Şərhlər

Noqay 2018-03-11 00:18:45

Hörmətli tərcüməçi! Slavyan, yapon, italyan və s. dillərindəki "TS" səsi dilimizdə elə ts həriifbirləşməsi ilə verilir, Ç ilə yox!!!Yəni Florensiyadakı qalareyanın adı Uffitsi-dir, Yaponyada texnika buraxan şirkətin adı Komatsud, Astana-nın əvvəlki adı Tselinoqrad idi, rus silahının adı isə Tsirkondur, Çirkon yox! Düzdür, tarixən tarixən dilimizdə TS səsinin təqdim edilməsinin S variantı da var. Məs.dilimizdə kosmonavtikanın əsaslarını yaradan polyak əsilli rus aliminin familyasınin ilk hərfi kimi.

Максим Калинин 2018-03-11 00:18:45

Севастополь Хостом нам стал. Белый дом как горящий Пандшер. И здесь, под Грозным, в меня стрелял Там любимый мной офицер.

“RUS AYISI” ve SSRI -nin aqibeti 2018-03-11 00:18:45

Hormetli oxucular, SSRI DAQILDI ve evezinde, VARISI - Rusiya IMPERIYASI qalmishdir... Putinin BUTUN GUCLU, MUASIR SILAHLARINA QARSHI, Putini DAIMA DEHSHETE GETIREN ve CHOX QORXUDAN, YEGANE, SUPER GUCLU, BIR SILAH VARDIR ve bu SILAH ADLANIR : Rusiya IMPERIYASININ YAXIN GELECEKDE, TEZLKLE, DAQILMASI- PARCHALANMASI EHTIMALI...!!!

Fizuli 2018-03-11 00:18:45

Rusiya her sahede pul, texnologiya , tehsil, her hansi inkiwafa gore qerbden en azi 30 il geridedir. Korrupsiyanin oqurluqun talancilqin yalan palanin icinde can verir.Yeni rus almleri qerbden gucludur????Rusun guclu alimi rehberi varsa devletin pulunu iqtisadiyatini hec olmasa yerinde saxlasin ruslar reqiyonlarda dilanci kokyde yawayirlar. Yaxlin vaxtlarda Rusiya parca parca olacaq INWAALLAH belke onda QARABAQI azad edek ve etraf xalqlar devletler aq gune cixsinlar aq ayinin elinden.

AYDIN DÜŞÜNCƏLİ 2018-03-11 00:18:45

PUTİNİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ RUSİYADA YARADILMIŞ NORMAL VƏ ƏDALƏTLİ BİR SİSTEMİN NƏTİCƏSİDİR Kİ, BU GÜN İKİ MİLYONDAN ÇOX AZƏRBAYCANLI ORADA RAHAT YAŞAYIR, PUL QAZANIR VƏ AZƏRBAYCANDAKI AİLƏLƏRİNƏ, QOHUM-ƏQRABALARINA GENİŞ MADDİ YARDIM GÖSTƏRƏ BİLİRLƏR. RUSİYA KİMİ KÖKLÜ BİR ÇİNARI ANQLO-SAKS ŞƏRƏFSİZLƏRİ HEÇ ZAMAN YIXA BİLMƏYƏCƏKLƏR.

Millikişi 2018-03-11 00:18:45

Sirkə nə qədər turşusa öz qabını partladar. Necə ki, SSRİ-nin sirkəsi çox turşrmuşdu və nəticəsi bəllidir. RF-in də sirkəsi getdikcə yaman turşuyur!!!

Максим Калинин 2018-03-11 00:18:45

Путин: Растущая военная мощь России никому не угрожает. У нас не было и нет планов использования этого потенциала в наступательных, и тем более агрессивных целях. Мы никому не угрожаем, ни на кого не собираемся нападать, ничего ни у кого не собираемся отнять, у нас у самих все есть.

Togrul 2018-03-11 00:18:45

Yel o qeder essinki qayadan hecne aparmaz

Letif 2018-03-11 00:18:45

Bunu yazan müellif (stern almanya) cox savadsızdır başa düşmürki putin artıq qorxusunda agrıncı barıtlarnı buraxır yeniki ay harayki hakimyetni qorumaq namine o v v putin artlk qutarıb onu deyişmek lazımdı bele zorlada olsa

Omar 2018-03-11 00:18:45

Menim ezizlerim bizim rusyadakı sefehmiz durub bu qarabagı işxal etmiş bütün şehid esgerlermizin qanında eli olan o .... putine destek aksyası kecirdib..........

Ответ Максим Калинину 2018-03-11 00:18:45

В Чеченской Республике, населенные пункты и города подвергались БЕСПОЩАДНОЙ БОМБАРДИРОВКЕ со стороны российской авиации, ПОГИБЛИ ДЕТИ, ЖЕНЩИНЫ, СТАРИКИ, российские военные ВЗЯЛИ в ПЛЕН ЖЕНЩИН и ПЫТКАМИ их ИЗНАСИЛОВАЛИ... На Украине, российская ОККУПАЦИЯ Крыма, Донбасса, Луганска, в Молдавии - Преднестровья, в Грузии - Абхазия, Южная Осетия, в Азербайджане, с ПОКРОИТЕЛЬСТВОМ и ПОМОЩЬЮ России, армяно - русская ОККУПАЦИЯ Нагорного Карабаха и 7 районов, - ЭТО и ЕСТЬ ИСТИННОЕ ЛИЦО КОВАРНОГО Путина.

Максим Калинин 2018-03-11 00:18:45

В Хайратоне прощались, поклялись, обещали Возлюбить свои жизни и не прикасаться к стволам. Кабы знал, кабы ведал тех, кто позже нас предал, Я бы свой АКС никогда никому не сдавал.

Son yazılar